Cəmiyyət (1-06-2016, 12:44)
“Sovetski”də məscidin sökülmə işləri dayandırıldı
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Mustafa Sübhi küçəsi, 63 ünvanında yerləşən qədim məscidin sökülmə işlərini daytandırıb.
Mediatv.az xəbər verir ki, bu barədə virtualaz.org-a nazirliyin Abidələrin mühafizəsi və inkişafı Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirib.
“Bu məscidin sökülməsi ilə bağlı məlumatı əldə edən kimi mütəxəssislərimiz hadisə yerinə yollandı və Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturları ilə danışıqlardan sonra bu binanın sökülmə işləri dayandırıldı”, - o deyib.
Zakir Sultanovun sözlərinə əsasən, 1908-ci ildə tikilmiş Hacı Əbdülrəhimbəy məscidi səhvən reyestrə yaşayış evi kimi daxil edilib. Bu il Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı üzrə bina məscid kimi tarixi-mədəni əhəmiyyət kəsb edən və mühafizə edilən obyektlər siyahısına daxil edilmişdi.
Xatırladaq ki. bu günlərdə virtualaz.org “Sovetski”də aparılan söküntü işləri ilə bağlı bir neçə yazı dərc edib. Həmçinin sosial şəbəkələrdə şəhərin tarixi simasının qorunub saxlanılması məqsədilə imza toplanması aksiyası keçirilir ki, bunu artıq ölkənin bir sıra ictimai xadimi dəstəkləyib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024