Cəmiyyət (31-05-2016, 13:12)
Cəngən kənd Diyarşünaslıq evinin təşkilatçılığı ilə “Respublika günü”nə həsr olunmuş tədbir - FOTOLAR
Sabir Gülmalıyev adına I Udulu kənd tam orta məktəbində həmin təhsil ocağının və Cəfər Cəfərov adına Cəngən kənd Diyarşünaslıq evinin təşkilatçılığı ilə 28 may “Respublika günü”nə həsr olunmuş bayram tədbiri keçirildi.
Mediatv.az xəbər verir ki, eyni zamanda həmin gün adı gedən bayram yığıncağına həsr olunmuş kitab sərgisidə təşkil olunmuşdur.
Ərazidə yerləşən mədəniyyət işçiləridə tədbirin keçirilməsində fəallıq göstərdilər və bu mövzu ilə əlaqədar çıxış etdilər. Tədbirdə məktəbin direktoru Vaqif Qocayev və kənd Diyarşünaslıq evinin rəhbəri Sərdəxan Təhməzov bayram münasibəti ilə iştirakçıları təbrik etdilər. Məruzəçi Sabir Gülmalıyev adına I Udulu kənd tam orta məktəbinin direktor müavini Eldar Rzayev “Respublika”günü münasibəti ilə geniş məruzə etdi. O bildirdi ki, bu gündə xalqımız ən əziz və sevimli bir bayramı “Respublika” gününü qeyd edir. Azərbaycan Demokratik Respublikası 1918-ci ilin 28 mayından yarandı. Bu Azərbaycan xalqının əlamətdar hadisə idi. Mövzu ilə geniş ətraflı məruzə dinlənildi.
Sonra tədbirlə əlaqədar tarix müəllimi Zakir Əliyev çıxışında bildirdi ki, 1991-ci ildə SSRİ-nin dağılması tarixdə ikinci dəfə olaraq Azərbaycan öz müstəqilliyini qazandı. 1993-cü ilin iyun ayında Böyük Öndərimiz Ümummilli Liderimiz Heydər Əliyev xalqın təkidi və tələbi ilə hakimiyyətə gəlməsəidi, qazandığımız bu müstəqilliyin və azadlığın ömrü az olardı.
Beləliklə tədbir bir neçə çııxışdan sonra məktəblilər şer parçaları söylədilər. Musiqi sədaları altında tədbir yekunlaşdı.
Cəfər Cəfərov adına Cəngən kənd Diyarşünaslıq evinin direktoru: Sərdəxan TƏHMƏZOV