Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (26-05-2016, 13:51)
Eldar Mahmudovla bağlı daha bir ilginc iddia: “Onu himayə edənlər var”

eldarmahmudovesas285

“Bizdə olan məlumata görə, Eldar Mahmudov açıq şəkildə kimlərəsə telefonla tapşırıqlar verir və öz işlərini rahatca idarə edir”.

Mediatv.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında sabiq MTN-çi Ərəstun Oruclu Milli Məclisin üzvü, deputat Zahid Orucun “E.Mahmudov özünü şifrəli mesajlarla qoruyur” fikrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, E.Mahmudovu himayə edən yüksək postlu şəxslər var: “Nazirliyin 20-yə yaxın əməkdaşı həbsdədir. Bunlardan əlavə bir necəsinə cinayət işi açılıb. Amma nazir sanki heç nə olmamış kimi evində oturub. Onun işlərini evindən idarə etməsinin səbəbləri var. Ölkənin ən yüksək siyasi dairələrində onu himayə edənlər var. Başqa bir halda bu, qeyri-mümkün olardı. Vaxtilə Əli İnsanov, Fərhad Əliyev kimi nüfuzlu nazirlər bir anın içində həbs olundu. Amma Eldar Mahmudovun həbs olunmaması müxtəlif mülahizələr yürüdür. Düşünürəm ki, bu, ifşaedici materialların olması məsələsi deyil. İnsan həbs olunduqdan sonra heç bir vaxt razılaşmaz ki, kimlərinsə haqqında onun əlində olmuş materiallar üzə çıxsın. Çünki o, bilir ki, həbsdə olarkən belə şeylər ona baha oturar. Sadəcə olaraq, Eldar Mahmudovu himayə edirlər. Konkret olaraq bizdə bununla bağlı məlumatlar var. Əlindəki faktlardan qorxaraq onu himayə edirlər”.

Xatırladaq ki, deputat Zahid Orucun Eldar Mahmudovla bağlı ötən həftə maraqlı fikirlər səsləndirib. O, “Belə düşünürəm ki, Eldar Mahmudovun ev dustaqlığı davam edir. Onun yeri kənara, başqa ölkəyə doğru dəyişməyib. O, güclü nəzarət altındadır. Bununla bərabər, Eldar Mahmudovun ətrafındakı keçmişdən gələn qüvvələr hansısa formada ona məlumat sızdırmaları ilə məşğuldurlar. Kimsə özünün təhlükəsizliyini təmin etmək üçün hardasa şifrəli məlumatlar yerləşdirib və bu vasitə ilə özünü qoruyur. Müxtəlif nazirliklər, orqanlar, dövlətin elitasını özünümüdafiəyə vadar edərkən belə metod əsas iş prinsipi olub. Düşünüblər ki, adamlar hamısı özlərini qorumaqla məşğul olacaq və Eldar Mahmudovun mənəvi, hüquqi, siyasi hakimiyyəti onlar üzərində bərqərar olacaq”-deyə bildirib.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024