Cəmiyyət (19-05-2016, 14:44)
Monitorinq insidentsiz başa çatıb
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 19-da Ağdam rayonu Baş Qərvənd kəndinin şimalından keçən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.
Mediatv.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazidə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) rəhbəri polkovnik Hans Lampalzer, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Şvedberq, Saymon Tiller və YSPQ-in nümayəndəsi polkovnik Andrey Baraşkin keçiriblər.