Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (16-05-2016, 11:15)
Maliyyə Bazarlarına Nəzarət Palatasında yeni təyinatlar

14633731652218712138_554x360

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) strukturunun formalaşdırılması davam edir. 

Mediatv.az xəbər verir ki, Palata daxilində Bank fəaliyyətinə nəzarət departamenti yaradılıb. Departamentə rəhbərlik müvəqqəti olaraq İmran Məmmədova həvalə olunub. O, həm də həmin departamentin Daxili nəzarət idarəsinin rəisidir.
İmran Məmmədov bundan əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində işləyib, lisenziyası ləğv olunmuş “Royalbank”ın ləğvetmə komissiyasına rəhbərlik edib.
MBNP daxilində daha bir müvəqqəti təyinat baş verib. Qurumun baş icraçı direktorunun müavini vəzifəsi Asim Zülfüqarova tapşırılıb. O, həm də Palatanın Strateji xidmətlər departamentinin direktoru vəzifəsini müvəqqəti icra edir, həmin departamentin Strateji təhlil və risklərin idarə edilməsi idarəsinin rəisidir. Asim Zülfüqarov buna qədər AMB-nin Tədqiqatlar Departamentində şöbə müdiri, Azərbaycan Banklar Assosiasiyası yanında Azərbaycan Bank Tədris Mərkəzinin eksperti olub. Xatırladaq ki, Palatanın baş icraçı direktoru İbrahim Alışovdur.
Palatadan xəbəri təsdiqləyiblər.  /Fins.az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024