Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (14-05-2016, 18:15)
“Mingəçevir su anbarının dambalarında su sızması müşahidə olunur” – NAZİR

c6c654f8-77bb-4aef-bb9f-2dc6dbf5dc93_292

 

“Ətraf mühitin çirklənməsi ilə bağlı mütəmadi olaraq cərimələr tətbiq edilir. Son 10 ildə tətbiq olunan cərimələrin həcmi 40 dəfə artıb. Tətbiq olunan cərimələr insanları etdiyi hərəkətlərdən çəkindirir. Deməzdim ki, bu sahədə azalma var, ancaq atılan addımların effektivliyi göz qabağındadır”.

Mediatv.az-ın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib.
Nazir “Mingəçevir su anbarında suyun səviyyəsinin artması ilə bağlı hər hansı bir təhlükə gözlənilirmi” sualına cavab olaraq bildirib ki, su anbarında müəyyən problemlər var: “Orada torpaq dambalarında su sızmaları müşahidə olunur. Su anbarında suyun artması baş versə, müəyyən problemlər yarana bilər. Bunu həmin dambaları idarə edən təşkilatlar daha yaxşı bilir və tədbirlər görürlər”.
H.Bağırov qeyd edib ki, çimərlik sularının keyfiyyətinə, sahilin təmizliyinə əraziyə nəzarət edən qurum, yəni bələdiyyələr diqqət göstərməlidirlər: “Bələdiyyələr çalışmalıdırlar ki, göstərdiyi xidmətin keyfiyyəti yüksək olsun. Bizim nazirlik qanunvericiliyin tələblərini pozan bələdiyyələri cərimələməlidir. Bu, qanunla olmalıdır. Cəza tədbiri olmalıdır ki, mənfi tendensiyaların qarşısı alınsın. Lakin bununla da iş bitmir. Bəzən cərimə də kömək etmir” .

“Report”

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024