Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (12-05-2016, 12:15)
Bəzi dərmanların satışına qadağa qoyuldu

 

Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısı artırılır.

Mediatv.az xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında" qanunda dəyişiklik edilir.

Hazırda Azərbaycan ərazisində 103 adda narkotik vasitənin, 45 adda psixotrop maddənin dövriyyəsi qadağandır.

Yeni dəyişikliklərə əsasən, Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin sayının 112-yə, psixotrop maddələrin sayının isə 52-yə çatdırılması təklif edilir. Yeni dəyişikliklə "properid" adlı narkotik vasitənin dövriyyəsi qadağan edilən siyahıdan çıxarılması təklif olunur.

Hesab edilir ki, son illər ticarət adları "spays" və "bonzai" kimi tanınan bir sıra narkotik vasitələrin, eləcə də psixotrop maddələrin ölkə ərazisində yayılmasına və tranzitlə keçirilməsinə cəhdlər göstərilir. Lakin həmin vasitələrin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələr siyahısı"na daxil edilməməsi onların qanunsuz dövriyyəsinə görə məsuliyyət tədbirlərinin görülməsinə imkan vermir. Yeni dəyişikliklərin edilməsində məqsəd də "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları"nı tənzimləməkdir.

Qeyd edək ki, sözügedən qanun layihəsi Milli Məclisin mayın 17-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024