Cəmiyyət (2-03-2016, 13:50)
AQRAR UNİVERSİTETİNDƏ MULTİKULTURİALİZM MÖVZUSUNDA DƏYİMİ MASA KEÇİRİLİB - FOTOLAR
Multikulturializm Azərbaycannın ən böyük milli sərvətidir və bəşəriyyət nə zamansa dünyaya xoşbəxtlik, səadət gətirəcək, sivil inkişafın, demokratiyanın, dünyəvi humanizmin ana xəttinə çevriləcək tolerantlıq modelindən mütləq istifadə edəcəkdir. Dünyanı heyrətə salan, bəşəri inkişafa ən böyük töhfələrdən verən Azərbaycanda isə multikulturializm qədim tarixi var. Bu istiqamətdə inkişaf edən ölkələrə belə nümunə ola biləsi təcrübəmiz olduqca qürur vericidir. Təbii ki, bu işdə ölkə rəhbərliyinin həyata keçirdiyi və yalnız Azərbaycanın deyil, bəşəriyyətin xoş gələcəyinə hesablanan multikulturializm, tolerantlıq siyasəti dünyanın aparıcı ölkələrinin rəhbərləri üçün də dəyərli nümunədir. Dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər tolerantlığa, multikulturializmə rast gəlmək mümkün deyil.
Mediatv.az-a ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə universitetin Azərbaycan tarixi, fəlsəfə və hüquq kafedrası Elektroenergetika və informasiya texnologiyaları fakültəsində “Multikulturalizm xalqımızın milli sərvətidir” mövzusunda tələbələrin iştirakı ilə dəyirmi masa keçirib.
Tədbiri giriş sözü ilə kafedra müdiri dosent Azad Bayramov açıb, multikulturalizmin Azərbaycan xalqına tarixən xas olduğunu və onun tarixi kökləri, milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın, incəsənətimizin öyrənilməsində rolu haqqında geniş danışıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ilin “Multikulturalizm ili” elan etməsini Azərbaycanda multikulturalizmin dövlət siyasətinin bariz nümunəsi olduğunu qeyd edib.
Kafedranın baş müəllimi A. Axundov, müəllimlərdən E. Aslanov, Z. Qəhrəmnova, S. Qasımova çıxış edərək multikulturalizmin Azərbaycan modelinin yaranmasından, bu sahədə qazanılan uğurlardan və dünyaya nümunə olacağından, əsasını azərbaycançılıq ideologiyası təşkil etməsindən ətraflı danışıblar. Bildiriblər ki, dünyada multikulturalizmin Azərbaycan modelinin böyük uğur qazanmasının əsas səbəbi onun hüquq normalarına əsaslanmasıdır.
Tədbir tələbələrlə diskussiya şəklində aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.