Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (2-03-2016, 12:14)
"Nizami"də biabırçılıq: Azərbaycan dilini müdafiə edən tamaşaçılar təhqir olundu

 

Dünən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “İçərişəhər” bədii filminin təqdimatı keçirilib.

Mediatv.az xəbər verir ki, Nizami Kino Mərkəzində baş tutan təqdimat mərasimində filmin rejissoru İlqar Safat, filmin ideya müəllifi və baş rol ifaçısı Təhminə Rafaella, eləcə də yaradıcı heyətin digər üzvləri iştirak ediblər.

Filmin nümayişindən əvvəl yaradıcı heyət bir-bir səhnəyə dəvət edilib. Filmin rejissoru İlqar Safat çıxışına rus dilində başlayıb. Bu vaxt zalda əyləşən tamaşıçalardan biri etiraz edərək rejissora Azərbaycanda olduğunu, azərbaycanlı tamaşaçılar qarşısında çıxış etdiyini xatırladaraq, Azərbaycan dilində danışmasını xahiş edib. Etiraza daha 5 tamaşaçı qoşulub. Doğma dilində danışmasını istəyən tamaşaçılarının etirazına reaksiya verməyən rejissor çıxışını rus dilində bitirib.

Bundan sonra çıxış etməyə başlayan filmin ssenari müəlliflərindən biri və baş rolun ifaçısı Tamella Rafaella dilimizin müdafiəsinə qalxan tamaşaçıları təhqir edərək mədəniyyətsiz adlandırıb. Filmin sevgi mövzusunda olduğunu, xalqların sevgisi, mədəniyyətlər haqqında olduğunu qeyd edən aktrisa bildirib ki, filmə baxmaq istəməyənlər zalı tərk edə bilər. Bundan sonra bir neçə tamaşaçı zalı tərk edib.

Çıxışlardan sonra film nümayiş olunub.

Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luca Coassin (İtaliya), quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Gənc qızın Qarabağ müharibəsi veteranına olan sevgisindən bəhs edən filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki və Elmira Şabanova canlandırıblar. Ekran əsərinin çəkilişləri Bakı və Zaqatalada aparılıb.

Axar.az

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024