Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (29-02-2016, 16:51)
Əlyazmalar İnstitutunda "akademik" yeyinti

Akademik Teymur Kərimlinin rəhbərlik etdiyi elm ocağında bir xərc üzrə iki dəfə pul ayrılmaları şübhə yaradıb 

Mediatv.az:  Milli Elmlər Akademiyası (AMEA) normalda ölkənin alimlərinin və bilginlərinin toplaşdığı məkan, yeni ixtiralar üçün baza, böyük araşdırmalar üçün önəmli yer kimi qəbul edilir. Akademiklər, professorlar, böyük alimlərin toplaşdığı bu məkanın adının korrupsiyaya qarışması isə qətiyyən başa düşülən deyil. 

Demokratiya.info xəbər verir ki, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun xətti ilə həyata keçirilmiş bəzi tenderlərdə şübhəli məqamlar var. Həmin məqamlar odur ki, ayrılmış vəsaitlərin ya təyinatı üzrə xərclənməməsi, ya da mənimsənilməsi ehtimal edilir. Akademik Teymur Kərimlinin rəhbəri olduğu bue lm ocağında durumun acınacaqlı olduğu qeyd edilir və iddia olunur ki, yaşlı akademik artıq idarəçilik qabiliyyətini də itirib. 

Bildirək ki, institutun keçirdiyi tenderlərdə avadanlıqların satın alınması üçün 2885 manat ayrılıb. İnventarlar üçün çəkilmiş xərc isə 8220 manat təşkil edib. 

Maraqlı məqamlardan biri odur ki, Əlyazmalar İnstitutuna ayrılmış pulların məbləği elə də böyük deyil. Lakin zəruri olan məsələlərə az, digər məsələləri isə daha çox pullar xərclənib. Buna misal olaraq «İdarənin digər xərcləri» maddəsi üzrə iki dəfə pulun ayrılmasıdır. Birinci dəfə bu işlər üçün 1167 manat, ikinci dəfə isə 5000 manat ayrılıb. 

Bu proses eyniylə dəftərxana ləvazimatlarının alınması zamanı da təkrarlanıb. Bu zaman «Marsan» MMC-nin həyata keçirdiyi alqı-satqıda birinci dəfə 3365 manat, ikinci dəfə isə 16000 manat xərcləndiyi qeyd olunub. 

Əlyazmalar İnstitutunda təmir işləri üçün də vəsait ayrılıb. Bu məqsədlə cari təmir işləri adı altında 13150 manat pulun xərcləndiyi sənədləşdirilib. Paralel olaraq abadlıq işlərinə isə 8175,29 manatın sərf olunduğu qeyd edilib. 

Digər maşın və avadanlıqların satın alınması prosesini «Yunistar» MMC-yə həvalə edən elm ocağı bunun üçün də iki dəfə pul ayrılmasını reallaşdırıb. Belə ki, birinci dəfə 4410 manat, ikinci dəfə 18120 manat sərf edildiyi rəsmiləşdirilib. Amma bu avadanlıqların konkret olaran nədən ibarət olduğu məlum deyil. 

Qeyd edək ki, AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunda avadanlıqların satın alınmasına 8510 manat, inventarların satın alınmasına isə 17680 manat sərf olunub. Xərclənən pulların içində reallığa yaxın rəqəm isə mətbəə xidmətlərinə sərf olunan vəsaitdir ki, bu da 18 min manata bərabərdir. 

Qarşı tərəfi də dinləməyə hazırıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024