Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (26-02-2016, 12:12)
ÇOVDAROVUN GİZLİ ÇƏKİLİŞLƏR APARDIĞI HOTELLƏR – ADLAR

covdarov2
“MTN işi” üzrə istintaq keçmiş nazir Eldar Mahmudovun şəbəkəsinin videoşantaj əməliyyatlarını araşdırır.
Mediatv.az xəbər verir ki, “Azadlıq” qəzetinin yazdığına görə, videoşantaj əməllərinin başında hazırda həbsdə olan MTN generalı Akif Çovdarov dayanırmış. İstintaqda şübhələr var ki, bəzi məmurlar şantajın qurbanı olaraq hələ də şəbəkəyə xidmət göstərə bilərlər. Akif Çovdarovdan başqa çete üzvlərindən bir neçəsinin də nəzarətində əyləncə mərkəzləri, hotel və restoranlar olub ki, həmin ünvanlara da gizli videokameralar yerləşdirilib. 
İstintaqın bu məsələni araşdırması ölkənin ictimai-siyasi həyatında baş verən bir sıra xoşagəlməzliklərin səbəblərini ortaya qoyacağı şübhəsizdir. Bundan başqa, videoşantaj epizodları üzrə araşdırmalar Akif Çovdarovun dəstəsinə, yaxın ətrafına aid olan adamların ayrı-ayrı tanınmış ictimai-siyasi şəxslərin, jurnalistlərin mənzillərinə, ofislərinə gizli kameralar qoyulması məsələsinin də zatən ortada olan faktlar üzrə rəsmi şəkil almasına gətirib çıxara bilər.
Bu məlumatlarla yanaşı, bu vaxta qədər olan siyasi pornoşantajlarda da Akif Çovdarovun və onun dəstəsinin əlinin olması haqda gümanlar vardı. İctimai şəxslərin mənzillərinə yerləşdirilən gizli kameralarla əlverişsiz şəraitdə videolarını çəkirdilər. Sonradan isə həmin videolar ən müxtəlif vasitələrlə ictimailəşdirilirdi. 
 
Görünür, MTN çetesi təkcə siyasi pornoşantajla kifayətlənməyib və şəxsi maddi maraqlarının da videoşantajla təmin etmiş olublar. İmkanlı şəxslərin, biznesmenlərin istirahət yerlərində, hotel və mehmanxanalarda videolarını çəkiblər. Sonradan həmin şəxslərə videoların varlığı haqda məlumat verilərək ictimailəşdirilməməsi qarşılığında xeyli pul tələb ediblər. Gələn məlumatlar onu deməyə əsas verir ki, artıq ləğv edilmiş MTN-nin istintaq altında olan keçmiş rəhbərliyinin işi üzrə araşdırmalar yeni mərhələyə – videoşantaj işinin araşdırılmasına gəlib çatıb.
Bir müddət əvvəl bu mövzuda maraqlı xəbər yayılmışdı. Həmin xəbərdə bildirilirdi ki, Bakıda fəaliyyət göstərən elit hotellərdən bir neçəsinin – “Emerald”, “Clear” və “Astoria Baku”nun arxasında Akif Çovdarov dayanıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan aparat rəhbəri Vidadi Zeynalov isə həmin hotellərə nəzarət edib. Rəsmi olaraq bu hotellər ayrı-ayrı MMC-lərə məxsusdur. Bu hotellərin V.Zeynalova aidiyyətini dolayısı ilə təsdiqləyən məqamlardan biri də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan ərazilərdə yerləşmələridir. Hotellərin icarəçilərə V.Zeynalov tərəfindən təhvil verilməsi haqda da məlumatlar vardı. 
Məsələ bununla yekunlaşmır. Yayılan xəbərlərdə deyilir ki, Akif Çovdarovun gizli videogörüntülərinin əksəriyyəti də bu hotellərdə çəkilib. Vəzifəli şəxslərin, tanınmış simaların “gözdən uzaq” hesab etdikləri bu hotellər, xüsusilə “Astoriya Baku” tələyə çevrilib. Bəzi yüksək çinli məmurların belə burada Mahmudov-Çovdarov şəbəkəsinin qurbanına çevrildiyi gələn məlumatlar arasındadır.
İndiyədək bu mövzuda Nizami rayonu ərazisində yerləşən “Emerald” hotelinin də adı hallanıb.
 
 
JAM.az saytı bir neçə müddət öncə “Emerald” hoteli haqda yazmışdı. Həmin yazıdan sitat: “Qaynağımızın iddiasına görə, bir neçə müddət öncə istifadəyə verilən və 5 mərtəbədən ibarət olan hoteldə ən ucuz otağın qiyməti 70-90 manatdan başlayır. Mənbənin sözlərinə inansaq, hoteldəki otaqların hər biri yüksək şəraitlə təmin edilib: ”Hotelin müştərilərinin çoxunu imkanlı şəxslər təşkil edir. Onların arasında müxtəlif vəzifələrdə çalışan insanlar da var. Müştərilərin əksəriyyəti hotelin birinci mərtəbəsində yerləşən restoranda yeyib-içib daha sonra otaqlara keçirlər.Otaqların qiyməti isə müxtəlifdir. “Emerald” hoteldə sadə otağın bir gecəlik qiyməti 70 manatdır. Hər cür şəraitlə təmin olunan VİP otaqların qiyməti isə 120 manatdan başlayır. Bahalıq üzündən maddi durumu aşağı olan şəxslər hotelə gələ bilmir. Həftənin hər günü fasiləsiz fəaliyyət göstərən hotel əməlli-başlı əxlaqsızlıq yuvasına çevrilib. Bura gələn cavan oğlan və azyaşlı qızların məqsədi məlumdur. Onlar hoteldə bir neçə saat ərzində əylənirlər”.
Sayt o vaxt həmçinin yazmışdı ki, əxlaqsız əməllərin intensiv xarakter aldığı məkanlardan biri də “Clear” hoteldir. Xatırladaq ki, son 10 ildə “Clear”ın adı daim mənfi planda hallandırılıb. Lakin indiyədək obyekt rəhbərliyi bu barədə ictimaiyyətə heç bir izahat verməyib.
Babək prospektində yerləşən “Astoria Baku” hotelinin adı yaxşı hallanmır. Bu obyekt barədə də indiyədək saytlarda mənfi planda çox yazılıb. İddialara görə, ləğv edilmiş MTN-in həbsdəki və istintaq altındakı sabiq rəhbərliyi “Astoriya Baku”, “Sərin” hotellərindən şantaj məqsədilə çox istifadə edib. 
Bu məlumatlardan da belə nəticəyə gəlmək olar ki, A.Çovdarovun şəbəkəsinin gizli kameralarının obyektivi qarşısında xeyli şəxs özü də bilmədən pornoulduza çevrilib. Sonradan həmin şəxslərin neçəsinin şantaja məruz qaldığını isə istintaq müəyyən etməlidir(musavat.com).
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024