Cəmiyyət (22-02-2016, 22:11)
Keçmiş MTN naziri: "Vəzifədən getməyimə baxmayaraq..."
"Bu gün 76 yaşım tamam olur. Çoxları sual verirlər ki, "özünüzü necə hiss edirsiniz?". Qısaca cavabım belədir: özümü 76 yaşındakı kimi hiss edirəm".
Mediatv.az xəbər verir, bu sözləri modern.az-a açıqlamasında 1995-2004-ci illərdə Azərbaycanın milli təhlükəsizlik naziri olmuş Namiq Abbasov deyib.
Qeyd edək ki, 22 fevral tarixi eks-nazirin doğum günüdür.
Namiq Abbasov 76 yaşının tamam olması münasibətilə ilk təbrik edənlərdən də söz açıb.
"İnsanın özəl günlərindən biri də yaşının üstünə yaş gəlməsidir. Təbii ki, doğum günündə ilk ürək sözlərini, xoş arzularını ailə üzvləri dilə gətirir".
Sabiq nazir əslində doğum günü keçirtməyi sevmədiyini deyib.
"Doğum günü keçirtməyi sevmirəm. Demək olar ki, əvvəllər də, nazir işləyəndə də buna meylli deyildim. Bunun da səbəbi var. Hədiyyə qəbul etməyi sevmirəm. Doğum gününə gələn insanlar da hədiyyəsiz gəlmirlər. Ona görə də ən yaxşısı bu günü keçirməməkdir".
"Keçmiş dostlarınız sizi təbrik ediblərmi?" sualına sabiq nazirin cavabı belə oldu:
"Salam verdiyim insanların çoxu doğum günümdə məni unutmur. Vəzifədən getməyimə baxmayaraq, dostlarla salamım qalır. Ona görə də keçmiş dostlar arasından da təbrik edənlər var".
N.Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.
Nazir postundan azad edildikdən sonra o, 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024