Bəzən texniki vasitələrin qeydə aldığı qayda pozuntuları ilə bağlı tərtib edilən protokollar sürücünün ünvanına göndərilsə də, elektron sistemə vaxtında yerləşdirilmir. Bu isə sonradan sürücülərin narahatlığına səbəb olurdu.
Mediatv.az-ın məlumatına görə, bu problemi həll etmək üçün inzibati xətalar məcəlləsində dəyişikliklər edilib.
Sürücülərin belə narazılıqlıqlarına son qoyulur. Mayın 1-də qüvvəyə minəcək inzibati xətalar məcəlləsindəki yeniliklərdən biri nəzərdə tutur ki, protokol tərtib edildiyi vaxtdan 1 ay ərzində sistemdə görünməsə ləğv edilsin.
Digər dəyişiklik isə protokollarla bağlı məlumatları ödəmə məntəqələrinin də görə biləcəyi sistemə yerləşdirməyən polislərin cəzalandırılmasını nəzərdə tutur. Məqsəd cərimələrin şəffaf və operativ şəkildə ödənməsini təmin etməkdir.
Cərimələrin mərkəzi informasiya sistemində görünməməsi texniki səbəbələrlə və yaxud cəriməni sistemə daxil edən polis əməkdaşının diqqətsizliyi ilə əlaqələndirilirdi. Gözlənilir ki, cərimələr onların məsuliyyətini daha da artıracaq.
Bununla yanaşı bir sıra digər problemlər də öz həllini tapacaq.