Cəmiyyət (12-02-2016, 12:14)
Qubad İbadoğlu: “Azərbaycanda viza liberallaşdırılmasına start verilməlidir”
Böyük Britaniyanın “Wanderlust” jurnalının Azərbaycanın “Dünyanın ən çətin viza alınan 10 ölkəsi” siyahısına daxil edib.
Mediatv.az xəbər verir ki, ADR hərəkatının sədri, İqtisadçı Qubad İbadoğlunun fikrincə, Böyük Britaniyanın “Wanderlust” adlı səyahət jurnalının tərtib etdiyi “Dünyanın ən çətin viza alınan 10 ölkəsi” siyahısına Azərbaycanın da daxil edilməsi ölkənin xarici sərmayələrə və turistlərə ehtiyacının getdikcə artdığı indiki həsas məqamda ciddi qiymətləndirmələr aparmağı və nəticələr çıxarmağı tələb edir: “Jurnal Azərbaycana vizaların rəsmiləşdirilməsi müddətinin dörd-altı həftə olduğunu iddia edir. Baxmayaraq ki, 29 noyabr 2013-cü ildə Vilnyus şəhərində Avropa Birliyi və Azərbaycan şərq tərəfdaşlığı sammiti çərçivəsində viza liberallaşdırılması, 28 fevral 2014-cü ildə isə readmissiya sazişi imzalayıb. Readmissiya sazişi – hər hansı bir dövlətin ərazisində qanunsuz olan əcnəbinin öz mənşə ölkəsinə və ya tranzit ölkə kimi istifadə etdiyi ölkəyə qaytarılması proseduralarını müəyyənləşdirən sənəddir.
Düzdür, son zamanlar on-line anket forması və ərizə qəbulu sahəsində mütərəqqi dəyişikliklər edilsə də onun tətbiqi sahəsində problemlər müşahidə olunur. Viza qərarının verilməsi isə bır neçə orqanın apardığı qiymətləndirmədən sonra qəbul edildiyin izafi zaman tələb edir. Hesab edirəm ki, bu istiqamətdə ən düzgün yanaşma Azərbaycan üçün vacib olan, sərmayə qoyuluşunda öndə gələn seçilmiş ölkələr üçün viza tətillərinin elan edilməsidir. Bu imkandan Qazaxıstan son zamanlar bəhrələnməyə çalışır. Belə ki, bu ölkə hökümətinin qərarı ilə ABŞ, Almaniya, Avstraliya, Belçika, Birləşmiş Ərəb Əmirliyi, Böyük Britanıya. Fransa, Finlandiya, Hollandiya, İsveçrə, ispaniya, İtalıya, Malayzıya, Monako, Norveç, Sinqapur və Yaponiyanın vətəndaşları, 16 iyul 2015-ci ildən 31 dekabr 2017-ci ilədək bu respublikaının sərhədlərini vizasız keçib, 15 gün ərzində Qazaxıstanda sərbəst qalmaq hüqualarına malikdirlər. Bundan sonra Qazaxıstan höküməti Avropa Birliyi və Böyük Britaniya ilə ikitərəfli qaydada vıza prosedurlarının sadələşdirilməsi ilə müzakirələrə başlayıb. Bildiyiniz kimi, Gürcüstan və Ukrayna vətəndaşları üçün Avropa Birliyinə vızasız daxil olmaq barədə razılaşma əldə edilib. Hesab edirəm ki, Azərbaycan höküməti də bu istiqamətdə yeni təşəbbüslərlə çıxış etməlidir. Çünki, ölkəyə xarici sərmayənin və turistlərin cəlb edilməsində həlli vacib olan əsas məsələlərdən biri də viza rejiminin liberallaşdırılmasıdır. Bu təklif Azərbaycan Demokratiya və Rifah Hərəkatının hazırladığı və 10 gün bundan əvvəl hökümətə təqdim etdiyi "İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər" Paketinə də daxil edilib”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024