Cəmiyyət (11-02-2016, 11:54)
Telefon idxalçılarının alyansı ləğv edilir
“United Telecom” MMC Şirkətlər Qrupu ləğv edilir.
Mediatv.az-ın məlumatına görə, 2009-cu ildə yaradılmış şirkət ləğvetmə prosesindədir.
“United Telecom” 2009-cu ildə Azərbaycanda fəaliyyət göstərən mobil telefon idxalçıları tərəfindən yaradılmış bir alyansdır. Alayansa “Mobitel”, “İntegral”, “Caspian Mobile” və “Sun Mobile” kimi böyük şirkətlər daxildir.
“İntegral” şirkəti “Samsung Mobile”ın ölkəmizdə rəsmi distribyutorudur.
“Microsoft”un aldığı “Nokia”nın Azərbaycandakı rəsmi distribyutoru isə “MobiTel” şirkəti idi.
“Caspian Mobile” Şirkəti Azərbaycanda Sony, HTC və Blackberry mobil telefonlarının rəsmi distribyutorudur. Bu şirkət əvvəllər iPhone telefonlarının da Azərbaycanda rəsmi distribyutoru olub, lakin sonradan başqa bir şirkət bu hüququ “Caspian Mobile”ın əlindən alıb.
“FLY”, “Alcatel”, “Lenovo”, “Texet” və digər bu kimi telefonların Azərbaycanda rəsmi distribyutoru isə “Sun Mobile” şirkətidir.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Vergilər Nazirliyinin “United Telekom” MMC-ni yoxladığı və şirkətin milyonlarla manat vergini gizlətdiyi üzə çıxartdığı barədə məlumatlar yayımlanmışdı.
BU ŞİRKƏTLƏR İNHİSARÇI İDİ?
Yerli KİV yazır ki, “United Telekom” Azərbaycanda Rusiya prezidenti Vladimir Putinin tələbəlik dostu kimi tanınan iş adamı İlham Rəhimovun kürəkəni Araz Mehdiyevindir. Bu şirkətin direktoru kimi Əliyev Kamran Əli oğlu göstərilir. Araz Mehdiyevə məxsus bütün bu şirkətlər “United Telekom” adlı şirkətin tərkibindədir. Azərbaycana telefonların böyük bir hissəsi bu 4 şirkət tərəfindən gətirilir.