Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (5-02-2016, 10:39)
Fərhad Əliyev Azərbaycanda inqilab hazırlayır - sensasion iddia

Fərhad Əliyev Azərbaycanda inqilab hazırlayır - sensasion iddia

Sabiq nazir gizli şəkildə Türkiyəyə köçüb ; Keçmiş iqtisadi inkişaf nazirinin yenidən hakimiyyət eşqinə düşdüyü haqda iddialar dolaşır; o, biznesinin əsas hissəsini qardaş ölkəyə transfer etdirib; AXCP ilə sıx iş birliyi içindədir; F.Əliyev Bakıdakı məxfi müttəfiqlərinə hər ay maliyyə dəstəyi verir, məqsəd... 

 

Mediatv.az xəbər verir ki, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev 2013-cü ilin payızında türmədən çıxdıqdan sonra Azərbaycanı tərk etdi. O, prezident İ.Əliyevin həmin ilin noyabrında Qurban Bayramı ərəfəsində imzaladığı əfv sərəncamı ilə azadlığa çıxdıqdan az sonra xaricə köçdü. Onun Almaniyadan siyasi sığınacaq alıb Londona yerləşdiyi, hazırda qardaşı Rafiq Əliyevlə Böyük Britaniyada yaşadığı deyilir. 
 
Yalnız bir il əvvəl qardaşı Sudeif Əliyevin qəfil vəfatından sonra qısa müddətə Azərbaycana gələn Əliyev qardaşlarından bundan sonra heç bir xəbər çıxmayıb. Sanki Fərhad Əliyev gizli fəaliyyətə keçib. Görünən budur ki, F.Əliyev adının siyasi və mətbu dairələrdə hallanmasını qətiyyən istəmir. 
Lakin onun son fəaliyyəti barədə musavat.com-a maraqlı məlumatlar daxil olub. Həmin məlumatlarda iddia olunur ki, Fərhad Əliyev bir müddətdir ki, Türkiyəyə köçüb. Onun biznesinin əhəmiyyətli hissəsini qardaş ölkəyə köçürdüyü də gələn məlumatlar sırasındadır. Mənbəmiz bildirir ki, keçmiş nazir hazırda Türkiyədə Ərdoğan iqtidarının himayəsi altındadır. 
R.T.Ərdoğanla F.Əliyevin münasibətləri çox əvvələ gedib çıxır. Ərdoğan illər öncə siyasi nədənlərlə həbsdə yatarkən Azərbaycandan onu yüksək ranqlı məmur qismində Fərhad Əliyev ziyarət etmişdi. Həmçinin ailəsinə, yaxın çevrəsinə ciddi maddi dəstək verdiyinə dair hələ o vaxtlar iddialar dolaşırdı. Şübhəsiz, onun jesti özfəaliyyət ola bilməzdi. Görünür, o zamankı Azərbaycan iqtidarı uzaqgörənlik nümayiş etdirərək Türkiyə Cümhuriyyətinin yaxın zamanlarda iqtidarı olacaq bir siyasi qüvvənin liderinə ən ağır zamanında jest edib. F.Əliyev illər öncə etdiyi bu addımın bəhrəsini özü türmədə olarkən də gördü. İddialara görə, Fərhad Əliyevlə qardaşının həbsdən əfvlə çıxmasında AKP iqtidarının da israrlı xahişlərinin rolu olub. 
 
Burda bir haşiyə çıxaraq bildirək ki, F.Əliyev həbsə yeni düşən vaxtlarda R.T.Ərdoğandan israrla yardım istəmişdi. O, həmin vaxtlar Türkiyə Cümhuriyyətinin baş naziri olan Ərdoğana ismarış yollayaraq onu türmədən azad etdirməsini xahiş etmişdi. 2005-2006-cı illərdə F.Əliyevə Azərbaycan iqtidarının qəzəbinin miqyası ölçüyəgəlməz olduğundan Ərdoğan tərəfindən bu təşəbbüs ya heç göstərilməyib, ya da rəsmi Bakı Ankaradan gələn xahişləri qulaqardına vurub. Yaxın keçmişdə buna bənzər daha bir nümunə olub. Fransa prezidenti ötən il həmkarı İlham Əliyevlə görüşdə ondan Leyla Yunusu azad etməsini xahiş etmişdi. Lakin İ.Əliyev fransalı həmkarının sözünü yerə salmalı olmuşdu. Sonradan Arif və Leyla Yunuslar hakimiyyətin əfvinə düşərək azad edildilər...
Belə çıxır ki, F.Əliyev təxminən 15 il öncəki puanlarını (xallarını) indi istifadə edir: o, Ərdoğan iqtidarının himayəsinə sığınaraq Türkiyəyə köçüb, orda özünə geniş biznes imkanları yaradıb. Əslində Türkiyə iqtidarının baxış açısından burada qəbahətli bir şey yoxdur. Qardaş Azərbaycandan zəngin bir şəxs (Əliyev qardaşlarının 1 milyard dollara yaxın vəsaiti olmasi təxmin edilir) Türkiyədə iş qurmaq, yeni iş yerləri açmaq istəyir. Üstəlik, həmin adam zamanında Türkiyənin indiki prezidenti ilə müəyyən dostluq münasibətlərində olub. Belə birisinə niyə “yox” deyilsin ki? Həm də, Fərhad Əliyev artıq Azərbaycan prezidentinin də əfvini qazanmış birisidir. 
  
Lakin gələn məlumatlarda bir başqa istiqamət daha var. Belə məlum olur ki, Əliyev qardaşları başlarına gələndən dərs almayıblar və Türkiyəyə yalnız uyğun biznes məkanı olaraq gəlməyiblər. Mənbəmiz iddia edir ki, Fərhad Əliyev bütün işlərini qaydasına qoyduqdan sonra içindəki hakimiyyət eşqini yenidən sərbəst buraxıb. 
 
Hər kəsə məlumdur ki, Əliyev qardaşları 2005-ci ilin oktyabrında Azərbaycana qarşı həyata keçirilən beynəlxalq avantüranın əsas aktyorları olublar. Fərhad Əliyev İlham Əliyevin saray çevrilişi vasitəsilə iqtidardan getməsi ssenarisində yer alıb. O zaman dəbdə olan “məxməri inqilab” vasitəsilə, müxalifətin də dəstəyi və iştirakı ilə ölkənin prezidenti olmağı hədəfləmişdi. Hakimiyyət içərisindən də kifayət qədər dəstək alan, bir sıra nazirləri də plana daxil edən Fərhad Əliyevin müxalifətin o zamanlar üçün çox effektli komponenti olan AXCP-dən də tam dəstəyi var idi. O, hakimiyyətdə təmsil olunduğu müddətdə siyasi rəhbərliyin tapşırığı və razılığı ilə AXCP-nin Əli Kərimli qanadına gizli şəkildə maliyyə dəstəyi verib, onun Elçibəylə İsa Qəmbərin arasına girməsi, bu iki liderin bir araya gəlməməsi layihəsində böyüməsini, güclənməsini təmin etmişdi...
2005-ci ildə Fərhad Əliyev bu köhnə kommunikasıyanı sırf özünə çalışdırmağa başlamışdı -  öz komandasına və prezidentinə xəyanət yolu tutaraq, beynəlxalq avantürada yer almışdı...
Plan pozuldu, İlham Əliyev ölkəsini və iqtidarını beynəlxalq avantüradan qoruya bildi; bir neçə nazir həbs olundu, onların da içərisində “məxməri inqilabın nisgilli prezidenti” Fərhad Əliyev...
Həbsdə olduğu müddətdə də müxalifətlə, xüsusilə AXCP ilə əlaqəsini kəsməyən, professor Cəmil Həsənli vasitəsilə (hazırda Rusiya yapımlı Milli Şuranın sədridir) siyasətdə öz gələcək iddialarını qoruyan Fərhad Əliyev içindəki ən böyük arzusuna - Azərbaycan prezidenti olmaq -  yenidən start verib.
 
9 il türmə yatan, xeyli mal-mülkünü, üstəlik, vəzifəsini itirən F.Əliyev, görünür, 1-ci post sevdasından heç cür əl çəkə bilmir. Ondakı iqtidar hərisliyi, mənəm-mənəmlik hissi özünü daim büruzə verib. Hələ 2005-ci ilin yazında televiziyadan pafoslu bəyanat verərək demişdi ki, onu xalq seçib, xalqa xidmət edir və s. Sonradan nazir həmkarlarından biri onu başa salmağa çalışmışdı ki, nazir vəzifəsi təyinatla olur, ona görə də xalqın adından danışmaq hüququn yoxdu. Lakin həmin dövrdə F.Əliyev o qədər siyasi sürət götürmüşdü ki, bu cür tövsiyələri eşitməyəcək haldaydı. Bir yandan da ABŞ-ın bəzi diplomatları onu qaza gətirirdilər. Görüşlərdə “Azərbaycanın yaxın zamanlardakı prezidenti sizsiniz, cənab Əliyev” deyərək gənc nazirimizi yerindən-yurdundan edirdilər. Düzdür, Azərbaycanın prezidenti Əliyev oldu, amma o soyadın önündəki isim Fərhad olmadı... 
 
İddialar və məlumatlara əsasən deyə bilərik ki,  Azərbaycanda və regionda gedən proseslər sabiq naziri yenidən şirnikləndirib. Ciddi mənbələr bildirir ki, F.Əliyev Bakıdakı müttəfiqləri ilə əlaqələri intensivləşdirib. Onun qədim müttəfiqi də çoxlarının bildiyi kimi, Milli Şuranın sədri Cəmil Həsənlidir. F.Əliyev cəza evində yatarkən C.Həsənli onun hüquqlarının müdafiəsi komitəsinin sədri olub. Onların arasında həmkəndlilik və qohumluq əlaqələri də var.
Məlumatlara görə, F.Əliyev C.Həsənli üzərindən hazırda dağınıq və perspektivsiz durumda olan müxalifətlə - konkret yazsaq, AXCP ilə də iş aparır. Bu gizli ittifaqın Azərbaycanda qarışıqlıq yaratmaq, hazırkı iqtisadi vəziyyətin yaratdığı sosial gərginliyi siyasi xaosa çevirmək planlarının olduğu də istisna edilmir. 
İstisna edilməyən bir şey də odur ki, Milli Şura rəhbərliyi vaxtaşırı Fərhad Əliyevdən babat maliyyə dəstəyi alır. Söhbət bir neçə on min dollardan gedir. Düzdür, bu pulla inqilab etmək mümkün deyil, amma Cəmil Həsənli ilə Əli Kərimlinin əla yaşamasına, sıxıntısız həyat sürətmələrinə bəs edəcək qədərdir. 
MŞ-nin, AXCP-nin əsas ruporu olan “Azadlıq” qəzetinin əməkdaşlarının aylardır maaş üzünə həsrət qaldığı, sıxıntıda olduğu, sıravi cəbhəçilərin gündəlik çörəkpulu tapmadığı indiki şəraitdə 3-4 nəfər siyasi dəllalın Fərhad Əliyev kimi avantüristdən para çəkib kef sürmələri kənardan olduqca “maraqlı” görünür. 
 
Cəbhə düşərgəsinin öndə gələn isimləri belə şeylərə bir növ adətkardır...
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024