Cəmiyyət (4-02-2016, 15:49)
AQRAR UNİVERSİTETİ MƏHKƏMƏYƏ ÜZ TUTDU
Azərbaycan Dövlət Aqrar Universiteti son illər təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında, ən mütərəqqi metodların tətbiqində böyük uğurlara imza atıb.
Mediatv.az xəbər verir ki, Aqrar sahənin inkişafına təkan verəcək kadrların hazırlanması universitetin qarşısında duran başlıca vəzifədir və bunun öhdəsindən də layiqincə gəlinir. Artıq ADAU bir ailə olaraq dünya universitetləri arasında da tanınmağa başlayıb. Səmimi və sağlam bir kollektiv formalaşıb.
Lakin bu uğurları gözü götürməyən, təpədən dırnağa böhtana bürünən, şərindən və məkrli niyyətlərindən əl çəkməyən bir sıra mult-media vasitələri də var ki, onlar həqiqət olmayan, böhtan dolu xəbərlər yaymaqda davam edirlər. Dəfələrlə münasibət bildirildiyinə baxmayaraq heç vəchlə böhtan yollarından dönmək istəmirlər. Hər gün demək olar universitetin işgüzar nüfuzuna xələl gətirən, kollektivə böhtan və yalan xəbərlər yayımlayırlar. Bunların heç biri isə həqiqət deyil və bir qayda olaraq da tələbə-müəllimlər tərəfindən ikrahla qarşılanır.
Bütün bunlara son qoymağın vaxtı çatdı. Daha doğrusu bu addımı sayt özü istədi. ADAU bəzi saytların böhtanlarına, şantaj və cəfəngiyyatlarına son vermək üçün məhkəməyə üz tutdu və artıq hazırlıq işləri tamamlanmaq üzrədir.
ADAU-nun Mətbuat Xidmətinin rəhbəri - Qalib Rəhimli