Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (3-02-2016, 09:49)
“Texnikabank” bağlandı: əmanətçilər mərkəzi ofisin qapısına yığışdı

“Texnikabank” bağlandı: əmanətçilər mərkəzi ofisin qapısına yığışdı

Bankın rəhbəri Etibar Əliyev vəziyyətlə barışıb, ortada cavabını gözləyən xeyli sual var... 

 

Mediatv.az xəbər verir ki, fevralın 2-də Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə “Texnikabank” ASC-nin bank fəaliyyətinə verilən lisenziyası ləğv edildi. “AMB-nin İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli, 10/1nömrəli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə ”Texnikabank" ASC-nin bank lisenziyası ləğv edilib", - deyə məlumatda bildirilib.
“Banklar haqqında” Qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq 2 fevral 2016-cı il tarixdən banka müvəqqəti inzibatçı təyin edilib.
AMB bildirir ki, “Texnikabank” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.
 
Bankın idarə heyətinin sədri Etibar Əliyevin “Yeni Müsavat”a verdiyi açıqlamaya görə, yaranmış vəziyyətlə bağlı belə bir qərar qəbul edilib və bank rəhbərliyi bunu anlayışla qarşılayır. Onun sözlərinə görə, hazırda lazım olan prosedurları yerinə yetirirlər: “Əlavə nə addım atacam? Əgər qərar varsa, bank bağlanıbsa, biz də məsələni o cür həll edəcəyik. Bitdi. Nə addım atasıyam? Başımı divara vuracam, ya üsyan edəcəm? Heç nə etmək fikrim yoxdur”. 
E.Əliyev əmanətçilərlə bağlı atılacaq addımlar, habelə əhalinin müraciəti ilə əlaqədar sualları isə cavablamadı. Xatırladaq ki, ötən ilin oktyabr ayının 27-də E.Əliyev “Texnikabank”ın rəhbərliyinə yenidən qayıtmış və bankı inkişaf etdirmək üçün bir sıra yeniliklərə imza atmış, yeni layihələrin həyata keçirilməsinə start vermişdi...
Xəbərin yayılmasından bir saat sonra əməkdaşımız bankın mərkəzi ofisində də olub. 
 
“ANS-dən xəbəri eşidən kimi özümü yetirdim bura. Necə yəni bank bağlanıb? Camaata niyə əvvəldən xəbərdarlıq etmədiz?” Bu sözləri bankın müştərilərindən biri deyirdi...
Fəaliyyətini dayandırmış “Texnikabank”ın mərkəzi ofisinin qarşısında az da olsa, əmanətçilər vardı. Bankın öz fəaliyyətini dayandırması xəbərinin yayılması ilə insanların ora toplaşması arasında maksimum 1 saat  vardı. Gələnlər təbii ki, bankdakı əmanətlərinin taleyi ilə maraqlanırdılar. 
Əməkdaşımız  “Texnikabank”ın qarşısına çatanda isə bütün qapılar bağlı idi. İçəriyə heç kim buraxılmırdı, gələnlərə isə hələlik texniki prosedurların həll olunduğu, əmanətlərin taleyi ilə bağlı yaxın günlərdə açıqlama veriləcəyi bildirilirdi. Əsasən mühafizədə işləyən əməkdaşlar gələnləri sakitləşdirməyə çalışırdı. Cavab isə belə idi: “Biz də sizin kimi. 3-4 saat bundan qabaq işə gəlmişdik. Bizə deyildi ki, ləğv olunub. İndi biz gözləyirik ki, Milli Bankdan inzibatçılar gəlsinlər, əməliyyatı dayandırsınlar. Prosedur bunu tələb edir. Siz də burda gözləməyin. Çünki bizim indi heç kimi qəbul etmək ixtiyarımız yoxdur”. 
Əmanətçi Əli Məhərrəmov bildirdi ki, bankın öz fəaliyyətini dayandırmasından bu gün xəbər tutub. Dərhal bankın filiallarından birinə müraciət edərək, hesabındakı 1500 AZN-i götürmək istəyib. Amma ona sistemin dayandırıldığı deyilib və müvafiq qəbz verilərək, başqa bankdan pulunu alacağı deyilib: “Kasıbın beş-on manat pulu niyə arada itsin ki? Tez verin də qəpik-quruşumuzu. Mənim bankda 5000 manat pulum vardı. Depozit də deyildi, adi hesab idi. 3 aydır gedib gəlirəm. Hissə-hissə verirlər. Mənim xəstəm var. Evdə də oğruların əlindən saxlaya bilmirdim ki, birdən oğurlayarlar. Xəstəmin müalicəsi üçün o pulu tam almaq istəyirdim, vermirdilər. Deyirdilər ki, Eldar Mahmudov pulları yeyib qaçıb. Pulumu xırda-xırda, dilənçi payı kimi aldım, indi yerdə qalıb 1500 manatım. O dəfə də almaq üçün yenə gəldim, dedilər, 100 manat ver, çıxar pulunu. Hirslənib getdim...”
Bankda 600 manat pulu olan Vaqif adlı əmanətçi isə acığını qapıdan bir-bir çıxan bank işçilərinə tökürdü:“Bala, özgə vaxt yanınıza gələndə bizimlə bəy balası kimi danışırdız. Görürsüz, bircə günün içində necə bağlayırlar adamın iş yerini? ”
Əmanətçi eyni zamanda pulunu haradan ala biləcəyi ilə bağlı sualına cavab tələb edirdi: “Biz kasıb adamlarıq, qəpik-quruşumuzu istəyirik. Bura milyonlar qoyanlar gələcək ha, görüm onda nə cavab verəcəksiz?”
Adının Gülxar olduğunu deyən başqa bir əmanətçi isə banka qoyduğu depozitin kredit hesabına yönləndirilməsindən şikayətləndi. Dedi ki, uğursuz əməliyyat nəticəsində indi banka qoyduqları əmanətin taleyindən nigarandılar: “Bilirsiz nə olacaq? Durub deyəcəklər ki, bizdən əvvəlkilər yeyib pulu. Gedin məhkəməyə verin. Qalacağıq quru düzdə. İllər uzunu bank qapılarında, məhkəmə qapılarında sürünəcəyik. Belə də dərd olar? Qəpik-qəpik pul yığ, oğrunun, quldurun əlindən evində pul saxlama. Bank da gəlib başına belə oyun açsın”.
Orda olduğumuz bir saat ərzində bankın işçilərinin də ikibir-üçbir binanı tərk etdiyini gördük. Bank rəsmilərindən isə heç kim çıxıb əmanətçilərə hər hansı açıqlama vermədi. 
Mövzunu davam etdirəcəyik.
Musavat.com
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024