Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (26-01-2016, 19:14)
“Heydər” məscidi dini icmasız fəaliyyət göstərəcək

“Heydər” məscidi dini icmasız fəaliyyət göstərəcək
Bakıdakı “Heydər” məscidi Azərbaycandakı digər məscidlərdən fərqli olaraq, dini icmasız fəaliyyət göstərəcək.

Mediatv.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) axund və imam təyinatına baxmayaraq, “Heydər” məscidində dini icma yaradılmayacaq: “Bu məscid dini icma olmadan fəaliyyət göstərəcək. Bütün bunlar qanuna uyğundur. Çünki o məscid ayrıca bir kompleksdir və bir məscid-kompleks olaraq Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindədir. Bu baxımdan da buranın idarəçiliyi özəl formada həyata keçirilir. Ona görə də bu məscid digər məscidlərin idarəçiliyindəki qaydalarla deyil, kompleksin əsasnaməsi əsas götürülərək idarə olunacaq”.

Qeyd edək ki, “Heydər” məscidi Qafqazın ən böyük məscidi hesab olunur. Ötən həftə uzun fasilədən sonra QMİ sədri Allahşükür Paşazadə tərəfindən ora imam (Hafiz Abbasov) və axund (Rüfət Qarayev) təyin edilib. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024