Cəmiyyət (25-01-2016, 12:12)
Region TV-də kütləvi ixtisarlar
Qarabağ bürosunun bağlanması xəbəri yayıldı
Mediatv.az xəbər verir ki, AzNews.az-a daxil olan məlumata görə, televiziya kanalının tərkibində olan, Yevlaxda fəaliyyət göstərən EL TV-nin 20-yə yaxın əməkdaşı işdən azad edilib. Buna səbəb kimi maliyyə böhranı göstərilib.
İşdən çıxarılanlar arasında TV-nin Qarabağ bürosunun əməkdaşları da var. Məlumata görə, onların işdən azad olunması Qarabağ bürosunun bağlanması deməkdir.
Region TV-nin mətbuat xidmətinin rəhbəri İsmayıl Həsənov TV-nin bir neçə əməkdaşının işdən çıxarılması faktını AzNews.az-a təsdiqləyib: “Həmin işçilərin sayı 20 deyil, bir neçə nəfərdirlər. Onların müqavilə müddəti bitib və uzadılmayıb. Qarabağ bürosunun əməkdaşı isə artıq TV-nin tərkibində fəaliyyət göstərəcək. Yəni, büro bağlanmayıb”.