Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (22-01-2016, 15:48)
Fazil Məmmədovdan yeni təyinat

Vergilər Nazirliyində yeni təyinat olub.

 

Mediatv.az-a Vergilər Nazirliyindən verilən məlumata görə, nazirliyin Ərazi vergi orqanları ilə iş üzrə baş idarənin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Habil Amil oğlu Məmmədov vergilər nazirinin büdcə proqnozlarının icrası üzrə müşaviri təyin edilib. 

Ərazi vergi orqanları ilə iş üzrə baş idarəsinin vəzifələri:

- Ərazi vergi orqanlarının fəaliyyətini qiymətləndirmək, ərazi vergi orqanları ilə yerli icra hakimiyyəti orqanları, digər dövlət orqanları, habelə Vergilər Nazirliyinin digər strukturları arasında qarşılıqlı əlaqələrin qurulması işlərini təşkil etmək;

- Ərazi vergi orqanlarının digər dövlət orqanları ilə qarşılıqlı əlaqəsi zamanı meydana çıxan məsələlərin araşdırılması və onların aradan qaldırılması ilə bağlı Vergilər Nazirliyinin rəhbərliyinə təkliflər vermək;

- Ərazi vergi orqanlarının əhatə etdiyi inzibati ərazi vahidlərində baş verən siyasi, iqtisadi və sosial-ictimai hadisələr barədə məlumatları rəhbərliyə təqdim etmək;



- Ərazi vergi orqanlarında vergi proqnozlarının icrasının araşdırılması, vergi potensialının düzgün müəyyənləşdirilməməsi kimi halların aşkara çıxarılması, habelə yol verilmiş nöqsanların araşdırılması məqsədilə yerlərdə monitorinqlər keçirmək; 

- Proqnoz tapşırıqlarının icrası ilə əlaqədar olaraq ərazi vergi orqanlarında funksional vəzifələr baxımından idarəetmə sahəsində təkmilləşdirmələrin aparılması məqsədilə Vergilər Nazirliyinin rəhbərliyinə təkliflər vermək;

- Regionların sosial-iqtisadi inkişaf planına uyğun olaraq regionlarda həyata keçirilən islahatların vergi daxilolmalarına təsirini müəyyən etmək, həmçinin vergi proqnozlarının icrası sahəsində nazirlik tərəfindən aparılan siyasətin, eləcə də ərazi vergi orqanları üzrə nəzarətin təşkil olunması məqsədilə zəruri hallarda əməkdaşların ərazi vergi orqanlarına ezam olunmasını təşkil etmək və görülmüş işlərin nəticələri barədə Vergilər Nazirliyinin rəhbərliyinə məlumatları təqdim etmək;

- Ərazi vergi orqanları tərəfindən vergi proqnozlarının icrası ilə bağlı meydana çıxan problemlərlə əlaqədar olaraq zəruri hallarda treninqlər təşkil etmək;

- Ərazi vergi orqanları üzrə vergidən yayınma hallarının qarşısının alınması, vergitutma bazasının genişləndirilməsi və əlavə vergi potensialının müəyyən edilməsi sahəsində təhlil və nəzarət işlərini həyata keçirmək;

- Ərazi vergi orqanları üzrə müəyyənləşdirilmiş vergi proqnozlarının yerinə yetirilməsi və vergi ödəyicilərinin real vergi potensialının müəyyən edilməsi istiqamətində təhlil və nəzarət işlərini həyata keçirmək;

- Vergilər Nazirliyinin informasiya bazası və digər məlumatları, habelə vergi ödəyiciləri tərəfindən təqdim edilmiş bəyannamə və hesabat məlumatları əsasında təhlillər aparmaq, kənarlaşma aşkar edildiyi halda aidiyyəti üzrə zəruri tədbirlərin görülməsini təşkil etmək və bu barədə rəhbərliyə təkliflər vermək;

- Vergi ödəyicilərinin vergidən yayınma risklərinin təhlilini aparmaq və təhlillərin nəticələrinə əsasən müəyyən meyarlar əsasında ərazi vergi orqanlarında qeydiyyatda olan yüksək riskli və vergilərin ödənilməsindən yayınan vergi ödəyiciləri üzrə vergi nəzarəti tədbirlərinin görülməsi məqsədilə təkliflər vermək və keçirilən tədbirlərə nəzarət etmək;

- Ərazi vergi orqanları tərəfindən bəyannamələrin kameral qaydada yoxlanılması işlərini təhlil etmək və nəticəsindən asılı olaraq qanunamüvafiq tədbirlərin görülməsini təmin etmək;

- Ərazi vergi orqanları üzrə “Vergi partnyorluğu Sazişi” bağlamış vergi ödəyicilərinin daxilolamalarını təhlil etmək;

- Ərazi vergi orqanları üzrə vergi proqnozlarının yerinə yetirilməsi vəziyyətinin təhlilini, təşkilini və nəzarət işlərini həyata keçirmək;

-. Ərazi vergi orqanları üzrə vergitutma bazasını, vergi potensialını və büdcəyə daxilolmaların regionların sosial-iqtisadi vəziyyətini səciyyələndirən makroiqtisadi göstəricilərlə müqayisə etməklə təhlilini aparmaq;

- Dövlət büdcəsinə hesablanmış və daxil olmuş vergilər və sair daxilolmalar üzrə, habelə dövlət büdcəsinə ödəmələr üzrə proqnozun yerinə yetirilməsinin operativ təhlilini aparmaq;

- Ərazi vergi orqanları üzrə Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əməl olunmasının, vergilərin və digər ödənişlərin düzgün hesablanmasının, tam və vaxtında dövlət büdcəsinə köçürülməsinin təhlilini və bu sahədə nəzarəti təmin etmək; 

- Ərazi vergi orqanları üzrə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi ödəyicilərinin uçotu sahəsində təhlillər aparmaq və nəticəsindən asılı olaraq qanunamüvafiq tədbirlər görmək;

- Ərazi vergi orqanlarında qeydiyyatda olan vergi ödəyiciləri tərəfindən vergilərin dövlət büdcəsinə düzgün və vaxtında tam ödənilməsini təmin etmək məqsədilə aidiyyəti funksional strukturların fəaliyyətinə dair Vergilər Nazirliyinin rəhbərliyinə təkliflər vermək;

- Uçot-hesabat işlərində istifadə olunan hesabat formalarının təkmilləşdirilməsi məqsədilə Vergilər Nazirliyinin rəhbərliyinə təkliflər vermək;

- Mənbəyi bəlli olan məlumatlar və eləcə də nazirliyin aidiyyəti struktur vahidləri tərəfindən alınmış məlumatlar əsasında ərazi vergi orqanlarına müvafiq göstəriş və tapşırıqlar vermək;

- Ərazi vergi orqanları tərəfindən keçirilən səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirlərinin təhlilini aparmaq və nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun olaraq müvafiq tədbirləri görmək;

- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024