Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (22-01-2016, 11:49)
MTN zabiti 300 min rüşvət alıb… - “Texnikabank” işi

MTN zabiti 300 min rüşvət alıb… - “Texnikabank” işi

 

 

 
81 nəfərin milyonlarla manat vəsaitini mənimsəyən “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifov 2010-cu ildə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilsə də, məhkəmə qərarının onun əmlakının müsadirə edilməsi və zərərçəkənlərin zərərinin ödənilməsi ilə bağlı hissəsi hələ də icra olunmayıb.
Mediatv.az xəbər verir ki, buna səbəb Zal Yusifovun ahıl atası Zakir Yusifovun məhkəmələrə dəfələrlə ünvanlandığı şikayət ərizələridir. Zakir Yusifov iddia edir ki, müsadirə olunması üçün üzərinə həbs qoyulan əmlaklar oğlu Zal Yusifova yox, onun özünə məxsusdur. 
Qeyd edək ki, Zal Yusifovun cinayət işində bir çox maraqlı məqamlar var. Bu, dələduz bankirin oğlu İslam Yusifovla bağlıdır. Dələduz bankir oğlunu öz cinayətkar əməlinə şərik edib. Onun vətəndaşlardan əldə etdiyi pulların mənimsənilməsində oğlu da iştirak edib. 
Bu fakt Ağır Cinayətlər Məhkəməsi tərəfindən sübuta yetirilib və İslam Yusifov 8 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işində İslam Yusifovla bağlı bir çox qaranlıq və araşdırılmayan məsələlər üzə çıxıb. Əldə etdiyimiz məlumata görə, dələduz bankirin oğlu İslam Yusifovun bəzi tanınmış müğənnilərlə əlaqəsi olub. İslam Yusifovun bir neçə müğənniyə ümumilikdə 4 milyon manat dəyərində mülk alması və əlavə 3 milyon manat xərcləməsi ortalığa çıxıb. Bu fakt cinayət işinin istintaqını aparan Milli Təhlükəsizlik Nazirliyinin istintaq şöbəsinin rəisi Mövlam Şıxəliyev və həmin şöbənin müstəntiqi Vüsal Ələkbərovun da diqqətindən yayınmayıb. 
Hətta həmin sənətçilər MTN-nin istintaq idarəsinə çağırılaraq ifadə veriblər. Amma sonradan hansısa səbəblərdən həmin müğənnilərin adı cinayət işindən çıxarılıb. 
Teleqraf.com-un əldə etdiyi məlumatlara görə, Mövam Şıxəliyevlə şəxsən görüşən müğənnilər adlarının cinayət işindən çıxarılmasına nail olublar. O, müğənnilərin istintaq prosesindən uzaqlaşdırılması barədə müstəntiq Vüsal Ələkbərova göstəriş verib. 
Maraqlıdır ki, bundan sonra Zal Yusifovun o vaxt Ağır Cinayətlər Məhkəməsində sədrin köməkçisi işləyən qardaşı Zülal Yusifov Mövlam Şıxəliyevlə görüşərək İslam Yusifovun istintaq prosesi bitənədək MTN təcridxanasından azadlığa buraxılmasına razılıq alıb. Onların bu məqsədlə MTN-in istintaq idarəsinin rəisinə 300 000 manat verdiyi iddia edilir. 
Qeyd edək ki, İ.Yusifovun bu yaxınlarda Baş prokuror Zakir Qaralova ünvanlandığı şikayət məktubunda da bu fakt öz əksini tapıb. Düzdür, həmin məktubda İslam Yusifov sözügedən məbləğin ailəsindən zorla alındığını iddia edir. Amma reallıq budur ki, rüşvət sabiq MTN rəsmilərinə Zülal Yusifov tərəfindən təklif və təqdim olunub. 
Bundan başqa, məlumatlara görə, Zal Yusifovun aldadaraq milyonlarla manat vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyi zərərçəkənlərin sayı əslində 81 nəfər deyil, daha çoxdur. Sadəcə, dələduz bankir tərəfindən pulları mənimsənilən şəxslər istintaq prosesində MTN-ə çağırılarkən Mövlam Şıxəliyevin müstəntiqlərinin təzyiqi ilə daha böyük miqdarda pul ödəməyə məcbur edildiklərinə görə milyonları batan bəzi iş adamları cinayət işində adlarının keçməməsi üçün Zal Yusifovdan şikayətçi olmayıblar. 
Zal Yusifovun dələduz əməllərinə şərik etdiyi oğlu İslam Yusifov məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasının cəmi 5 ilini həbsxanada yatıb. O, vaxtından əvvəl azadlığa buraxılması üçün məhkəməyə müraciət edib. 
Xəzər Rayon Məhkəməsi İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı ərizəsini təmin etməyib. Buna səbəb isə İslam Yusifovun atası ilə birlikdə dələduzluq əməlləri törətməsi, vətəndaşların külli miqdarda maliyyə vəsaitini mənimsəməsi olub. Məhkəmə bunu əsas gətirərək, haqlı qərar qəbul edib və İslam Yusifovun günə-gün həbsxanada yatması barədə qərar çıxarıb. 
Amma İslam Yusifov azadlığa çıxmaq həvəsi ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. Onun müraciətinə hakim İlqar Murquzovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim kollegiyası İslam Yusifovun apelyasiya şikayətini təmin edərək, onu vaxtından əvvəl azadlığa buraxılması barədə qərar qəbul edib. 
Prokurorluq bu qərardan narazı qalaraq, İslam Yusifovun həbs edilməsi üçün Ali Məhkəməyə kassasiya protesti verib. Prokurorluğun protestini araşdıran hakimlər Bakı Apelyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun qəbul etdiyi qərarı ləğv edib. İslam Yusifovun apelyasiya şikayətinə yenidən baxılması üçün cinayət işi üzrə materialı apelyasiya instansiyasına qaytarıb.
Bu dəfə İslam Yusifovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində, hakim Əflatun Qasımovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakimlər İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı şikayətini rədd ediblər. İslam Yusifov yenidən həbsxanaya göndərilib. 
Burada məhkəmə ədalətli qərar qəbul edərək, İslam Yusifovu yenidən həbs edib. Çünki ata və oğulun azadlığa buraxılması üçün ilk növbədə zərərçəkənlərə dəymiş ziyan ödənilməlidir. Yalnız bundan sonra İslam Yusifovun vaxtından əvvəl azadlığa buraxılması məsələsinə baxıla bilər. 
İslam Yusifovun belə gənc yaşda həbsxanada cəza çəkməsinin bir günahkarı da şübhəsiz ki, 76 yaşlı babası Zakir Yusifovdur. Zakir Yusifov zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı qərarın icrasına qəsdən mane olur. Bu səbəbdən də illər keçməsinə baxmayaraq, Zal Yusifova məxsus “Humay” şadlıq sarayı və mülklərin hərrac yolu ilə satılması prosesi uzanır. 
Zakir Yusifov məhkəmənin mülklərlə bağlı qərarının icrasını uzatmaqla həmin obyektlərdən biznes məqsədi ilə istifadə edərək, varlanır. Nəticədə 76 yaşlı kişinin övladları həbsxanada hələ də cəza çəkir. 
İslam Yusifov vaxtından əvvəl azadlığa buraxılması üçün yenə də Ali Məhkəməyə müraciət edib. Onun şikayəti hakim Gülzar Rzayevanın icraatına verilib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024