Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (4-12-2015, 14:37)
Milli Məclisdə Nardaran müzakirəsi

 

 

Bu gün Milli Məclisdə “Dini esktremizmə qarşı mübarizə haqqında” yeni qanun layihəsi müzakirə olunub. Müzakirələr Nardaranda baş verən sonra hadisələr ətrafında davam edib.

Mediatv.az xəbər verir ki, Vitse-spiker Bahar Muradova çıxışı zamanı bildirib ki, yeni hazırlanan qanun layihəsini Nardaranda baş verən hadisələrlə əlaqələndirilmək düzgün deyil.

O, həmkarlarını din pərdəsi altında həyata keçirilən çirkin əməllərə diqqət yetirməyə çağırıb: “Avropada da terrror hadisələri baş verir. Bunu açıq şəkildə dinlə əlaqələndirilər. Burada əsas məsələ din deyil, siyasətdir”. 

B.Muradova vurğulayıb ki, Nardaranda baş verən hadisələr hər kəsi narahat edir: “Məsələyə daha geniş və qlobal baxmalıyıq. “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun layihəsi özündə günün tələblərini əks etdirir. Bəzi dövlətlər Azərbaycanda insanları din pərdəsi altında və ya başqa yolla şirnikləşdirirlər və öz ideyalarını həyata keçirmək istəyirlər. Azərbaycan vətəndaşları öz dini inanclarını yerinə yetirərkən, həm də fikirləşməlidirlər ki, Azərbaycan dünyəvi dövlətdir. Din mədəniyyətimizin bir hissəsidir.İnsanlar dini ektremizmə yuvarlanmaqdan xilas etməyə çalışmalıyıq”. 

Millət vəkili Fəzail Ağamalı isə bildirib ki, yeni qanun layihəsini təkcə İslam dini əlaqələndirmək olmaz. 
Deputat sual edib ki, Taleh Bağırzadə nə vaxtdan İslam dininin ali daşıyıcısı olub? 

“Ermənistan xristian dövləti olaraq Xocalı faciəsini törətməmişdi? Ona görə də bu qanunu heç bir halda islam dini ilə əlaqələndirmək olmaz. Bu qanun birbaşa dini ekstremizmlə mübarizə ilə bağlıdır”- deyə deputat qeyd edib. 

Daha sonra çıxış edən millət vəkili Musa Qasımlı deyib ki, yeni qanun layihəsi dövlətimizin dünyəvi, vətəndaşlarımızın təhlükəsiz şəraitdə yaşaması üçün əhəmiyyətlidir: “Biz bəzi “dindarlar”ın, “dini qruplar”ın və başqalarının dövlətin işinə qarışdığını müşahidə edirik. Vətəndaşları bu və ya digər dini cərəyana itaət etməyə çağırırlar, dini ekstrezim məhsullarını yayırlar. Dini ibadət yerlərinin siyasiləşdirilməsi faciəli nəticələrə gətirib çıxara bilər. Məscidlərin siyasiləşdirilməsinə qətiyyən yol vermək olmaz. Ora dini ibadət yerləridir. Məscidlərdə Aşura günləri orta əsrlər səviyyəsində keçirilməməlidir. Ciddi şəkildə maarifləndirmə işləri aparılmalıdır”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024