Cəmiyyət (29-11-2015, 09:40)
Nardaranda son vəziyyət
Artıq axşam saatlarından başlayaraq Nardaran qəsəbəsində meydana toplaşanların sıraları seyrəlməyə başlayıb.
Mediatv.az xəbər verir ki, ötən günlərlə müqayisədə bu gün meydana toplaşanların sayı azalıb. Artıq yaşlı insanlar, qadın və uşaqlar meydanı tərk edib, evlərinə çəkiliblər. Az sayda qalanların əksəriyyətini isə cavanlar təşkil edir.
Müşahidə edilən mənzərə odur ki, yerli qəsəbə sakinləri, yaşlı insanlar, qadın və uşqalar kütlə psixologiyasından, hazırkı durumdan beziblər, normal həyata qayıtmaq istəyirlər. Bunu qəsəbə sakinlərinin dilindən də eşitmək olur.
Qəsəbədə kommunal vəziyyət olduğu kimi qalır. Borc səbəbindən elektrik enerjisinin verilişi, elektrik enerjisinin olmadığından isə telefon və internet kəsilib. Eyni səbəbə görə qaz təhcizatı da dayandırılıb.
Qəsəbənin giriş və çıxışı ötən günlərdə olduğu kimi yenə ciddi nəzarət altındadır. Nardaran qeydiyyatı olmayan şəxslərin və avtomobillərin qəsəbəyə girişinə icazə verilmir. Qəsəbəyə daxil olan bütün avtomobillər və şəxslərin sənədləri yoxlanılır.