Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-11-2015, 12:28)
Deputat 6 milyonluq villasından danışdı: `Kişinin evi olar...`

Milli Məclisin hazırki deputatı, Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadə 6 milyon manata özünə yeni villa tikdirməsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə aydınlıq gətirib.

 

Mediatv.az xəbər verir ki, bunu azvision.az-a açıqlama verən deputat həmin villanın ona məxsus olduğunu təsdiqləyib. 

Q.Salahzadənin sözlərinə görə, sosial şəbəkələrdə fotosu yayılan villa 8 il əvvəl tikilib.

“Həmin ev Bilgəhdə yerləşir. Hazırda orada anam yaşayır. 8-10 il bundan qabaq tikilib. Orada hələ də təmir işləri davam etdirilir”. 

Villanın tikilməsinə 6 milyon xərc çəkilməsi məsələsinə gəlincə, millət vəkili nə qədər xərc çəkildiyi barədə dəqiq rəqəm deyə bilməyəciyini deyib: “Dəqiq deyə bilmərəm, amma evin tikilməsinə yüz faiz 6 milyon xərc çəkilməyib. Mən başa düşə bilmirəm ki, insanları mənim evim, maşının niyə bu qədər maraqlandırır. Kişinin evi olar. Burada qəbahət varmı? Böyük bir vəzifəm olmayıb ki, onun hesabına ev tikim. Anamın atası imkanlı şəxs olub. Bu ev də ondan bizə qalıb”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024