Cəmiyyət (26-08-2015, 10:36)
Leyla Əliyeva Mehriban Əliyevanı təbrik etdi
Bu barədə Leyla Əliyeva sosial şəbəkədəki səhifəsində yazıb.
`Mənim ona olan səmimi hisslərimi sözlə ifadə etmək olduqca çətindir: Böyük sevgi, hörmət və heyranlıq...Onun qızı olduğum üçün həmişə fəxr etmişəm. Bütün dünya onu gözəl və zərif qadın kimi tanıyır. O, bu dünyanı daha da gözəl edir. O, qətiyyətli, qorxmazdır, yorulmur... Adətən bu sıra `cəsarətli` sözü ilə tamamlanır. Lakin o, qadınlığın həqiqi təcəssümüdür. Özümü dərk etdiyim andan anam həmişə, hətta ən çətin vəziyyətdə belə öz mövcudluğu ilə dinclik və nizam hissini aşılayıb. Mən hesab edirəm ki, Tanrı bu dünyaya onu öz missiyasını həyata keçirməyə - dünyada xeyirxahlığı saxlamağa göndərib.
Bizim hər birimiz öz anamızı sevirik. Bu olduqca xüsusi, heç nə ilə müqayisə olunmayan bir hissdir. Bu sevgi yaşından asılı olmayan övlad üçün sonsuz güc mənbəyidir. Lakin bəzən ana sevgisi ailə sərhədlərini aşaraq öz gücü ilə bütün ölkənin həyatını dəyişə bilər. Bu gün, uşaqlıq illərində olduğu kimi, o mənim üçün dünyanın ən sevimli və yaraşıqlı insanı olaraq qalır. Ad günün mübarək, ana!`, - deyə Leyla Əliyeva yazıb.
Qeyd edək ki, bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın doğum günüdür.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024