Cəmiyyət (13-08-2015, 13:33)
İŞİD-ə qoşulmaq istəyən azərbaycanlı tutuldu
Terror qruplaşması İŞİD-ə qoşulmaq üçün Azərbaycandan Ankaraya uçan azərbaycanlı kişi Esenboğa hava limanında saxlanılıb.
Ankara polisinin terrorla mübarizə şöbəsindən bildirilb ki, hava limanında saxlanılan 49 yaşlı azərbaycanlı Bəkir Qalibovun çantasında 17 ədəd zirehli gödəkcə, şprits və digər səhiyyə vəsaitləri aşkar olunub.
Bəkir Qalibov dünən axşam təyyarədən enən zaman saxlanılıb. Polis onun Suriyaya İŞİD-ə qoşulmaq üçün gedənlərdən biri olmasından şübhələnib. Buna görə də, 49 yaşlı azərbaycanlının çantasında axtarış aparmaq qərarı verilib.
Bəkir Qalibov Ankara polisi tərfindən nəzarətə götürülüb. Şübhəlinin daha sonra Ankara təhlükəsizlik qüvvələri tərəfindən ölkədən çıxarılacağı gözlənilir.
Bu qruplaşmaya terrorçularla birlikdə dünyanın müxtəlif ölkələrindən 70 min muzdlu qoşulub. Terrorçulara Rusiya və MDB ölkələrindən qoşulanların sayı 7 mindən çoxdur. MDB ölkələrindən elələri var ki, ailəsi ilə birlikdə gəlib. Muzdlu döyüşçülərin çoxu Qazaxıstan, Türkmənistan və Azərbaycandandandır. Azərbaycanda xaricdə qeyri-rəsmi silahlı birləşmələrə qatılaraq savaşlarda iştirak edənlərə qarşı həbs cəzasını nəzərdə tutan qanun qəbul edilib.