Cəmiyyət (12-08-2015, 12:15)
“Bazarstore”dan Aytən Səfərovaya cavab
"Bazarstore" marketlər şəbəkəsi teleaparıcı Aytən Səfərovanın super-marketlərdə satılan "Pangasius" balığı ilə bağlı ittihamlarına cavab verib.
Mediatv.az "Qafqazinfo"ya istinadən bildirir ki, "Bazarstore"un mətbuat xidmətindən daxil olan açıqlamaya görə, sözügedən marketlərdə balıq şöbəsinin satışını "Bazarstore" təşkil etmir:
"Həmin bölmə icarəyə verilib. "Bazarstore" balıq və balıq məhsullarının satışını həyata keçirmək üçün lazım olan giyiyena sertifikati və digər müvafiq sənədləşmələri tələb etdikdən sonra bu şöbənin fəaliyyətinə razılıq verib. Hazırda balıq satışı ilə məşğul olan icarədar fiziki şəxslə birgə bu məsələ ilə bağlı araşdırma aparırıq. Hər bir alıcının fikri və iradı bizim üçün çox önəmlidir. Təbii ki, "Bazarstore" olaraq Pangasius balığının satışı ətrafında gedən söhbətlərə də aydınlıq gətirəcəyik və bunu diqqətdən kənarda qoymayacağıq. Aytən Səfərovaya isə "Bazarstore" müştərisi olduğuna görə təşəkkür edirik!"