Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (11-08-2015, 19:35)
Göygölə gedərkən bunlara diqqət yetirmək lazımdır - QAYDALAR

Azərbaycanın və dünyanın ən mənzərəli yerlərindən olan Göygölə turist girişinə uzun illərdir ki, tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb. APA TV-nin Qərb bürosunun məlumatına görə, vaxtilə füsunkar Göygölün bağlı ərazi elan olunmasının səbəbi  bu cür gözəlliklər məkanında dırnaqarası istirahətə gələnlərin heç də mədəni olmayan davranışları olub. Belə vəziyyət bu unikal təbiət guşəsinə, su hövzəsinə, bitki və heyvanat aləminə ağır zərbələr vurub. Ölkə başçısının 2008-ci ildə Göygöl Milli Parkının yaradılması ilə bağlı sərəncamından sonra, burada əsaslı ekoloji dirçəliş və infrastruktur layihələri gerçəkləşdirilib ki, bunlar da Milli Parkın dünya standartları tələbinə qaldırılması və sonda əhalinin istirahəti üçün icazə verilməsi ilə nəticələnib. Bu xəbəri sevinclə qarşılayan vətəndaşlar Göy Gölə üz tutublar.

 

Bakı sakini Əziz Talıbov göl sahilində dincəlmək üçün hər şəraitin olduğunu deyir: “Mən deyərdim ki, yer kürəsində gözəllər gözəli varsa, o da Göygöldür. İnsanların dincəlməsi üçün hər şey var”.

 

Təbrizdən gəlmiş Məsud Zərifi Göygölün təbiətinə vurulduğunu bildirir: “Birinci dəfədir bura gəlmişəm. Çox sevdim buranı Doğrudan cənnətdir. Hamınıza cansağlığı arzu edirəm, inşallah, xoş yaşayasınız”.

 

Göygöl Milli Parkının  yenidən kütləvi istirahət və gəzintilərə açılması ilə bağlı burada Ekologiya və Təbii Sərvətlər Nazirliyi  tərəfindən təbiətin mühafizəsi və ekosistemin qorunması istiqamətində daimi nəzarət və   tədbirlər həyata keçirilir. Qaydalara uyğun olaraq Milli Parka daxil olmaq üçün hər avtomobil qiyməti 2 (iki) manat olan bilet alır. Sonra avtomobil xüsusi yerdə parkinq olunur. Bunun üçün avtomobil sahibi dayanacağın hər saatına 50 (əlli) qəpik ödəməlidir. Həmçinin avtomobilsiz ziyarətçiləri bura gətirmək üçün tezliklə xüsusi avtobus marşrutu da işə düşəcək. Gəzinti isə turistlərin öz ixtiyarındadır - burada füsunkar gölün mənzərəsini doyunca seyr etmək olar. Həmçinin ərazidə fəaliyyətə başlayacaq restoran, kafe, eləcə də mehmanxanaların xidmətindən istifadə etmək mümkün olacaq.

 

Onu da bildirək ki, Göygöl Milli Parkını çirkləndirən turistlərə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq böyük məbləğdə cərimələr tətbiq olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Göygöl Milli Parkını ziyarət edəcək vətəndaşlarımızdan təbiətə qarşı diqqətli olmağı, Azərbaycan  bu incisinin hər qarışına həssaslıqla yanaşmağı xahiş edib.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024