Cəmiyyət / Slayd (9-07-2015, 19:50)
Nəcməddin Sadıqovun oğlu ilə dalaşan polis işdən qovuldu
Dünən axşam saatlarında kobud qayda pozan sürücü ilə yol polisi arasında dava düşüb.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Cavanşir Lətif oğlu Qasımov avtoxuliqanlıq hərəkətləri edən sürücünü saxlayaraq, ondan sənədləri tələb edib. Bu zaman o, sənəd əvəzinə ağır söyüşlər “alıb”. Bundan əsəbiləşən polis əməkdaşı daha ağır ifadələrlə sürücünü təhqir edib və tərəflər arasında dava düşüb.
Yalnız ətrafdakıların müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub. Sonda sürücü sənədlərini təqdim etmədən ərazini tərk edib.
Yol polisi səhər işə gəldikdə sürprizlə qarılaşıb. Məlum olub ki, axşamkı hadisəyə görə onu işdən azad ediblər. O da məlum olub ki, saxladığı sürücü general-polkovnik, Müdafiə Nazirliyinin Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıqovun oğludur.
Məlumat üçün bildirək ki, N.Sadıqovun iki oğlu var.
Kiçik oğlu Məmməd Sadıqov Bakı Şəhər Vergilər Departamentinin rəis müavinidir. Böyük oğlu isə Xarici İşlər Nazirliyində çalışır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024