Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (6-07-2015, 14:13)
Fazil Məmmədov Kəmaləddin Heydərovla Hacıbala Abutalıbovu niyə hədəfə alıb?

 

«Bakılift-təmir»dəki həbslərin kökündə nə dayanır? 

 Bakı Şəhər Icra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamentinin tərkibindəki “Bakılift-təmir” Istehsal Birliyindəki həbslərin pərdəarxası məqamları ilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Məlumatları təqdim etməmişdən əvvəl yada salaq ki, Vergilər Nazirliyi “Bakılift-təmir” Istehsalat Birliyində yoxlamaları aparıb. Yoxlamaların nəticəsində qurumda ciddi vergi pozuntuları, mənimsəmələr üzə çıxıb. Bundan sonra “Bakılift-təmir”ə tabe olan 3 böyük idarənin - “Bakılift-1", ”Bakılift-2" və “Bakılift-3"ün rəisləri həbs olunub.

İndisə keçək yeni məlumatlara. Məlumatlarda bildirilir ki, Vergilər Nazirliyinin “Bakılift-təmir” Istehsalat Birliyində yoxlamalar aparması və 3 idarə rəisinin həbsini şərtləndirməsi təsadüfi deyil. Bildirilir ki, baş verənlər həm də hakimiyyət daxilindəki qrup savaşının təzahürüdür.
Hələ bir müddət əvvəl məlumat yayılmışdı ki, baş nazir postu uğrunda gedən mübarizəyə vergilər naziri Fazil Məmmədov da qoşulub. Əvvəllər fövqəladə hallar naziri Kəmaləddin Heydərovun komandasının üzvü kimi tanınan vergilər naziri artıq baş nazir postu uğrunda mübarizə ona ən ciddi rəqiblərdən birinə çevrilib. Fazil Məmmədov bu gücü Paşayevlərin çətiri altına keçəndən sonra alıb. Onun baş nazir postuna iddiası da Paşayevlərin belə bir istəyindən qaynaqlanır. Bundan başqa vergilər naziri yaxın qohumu, Binəqədinin icra başçısı Xaləddin Isgəngərov üçün yaxşı perspektiv düşünüb.

Fazil Məmmədov yaxın qohumunu Bakı Şəhər Icra Hakimiyyətinin başçısı postuna namizəd kimi təqdim edib. Beləliklə, vergilər nazirinin bu iddiaları onu hədəfə gətirib. Məlumatlarda bildirilir ki, Azadlıq prospektində 15 nəfərin ölümü ilə nəticələnən yanğında hökumətin nəzarətində olan bəzi media qurumlarının daha çox Xaləddin Isgəndərovun üzərində fokuslaşması da baş nazir və mer postu uğrunda gedən savaşdan qaynaqlanırdı. Iddialara görə, Fazil Məmmədov bu məsələyə görə yaxın qohumunun hədəfə gəlməsində Kəmaləddin Heydərovu və Hacıbala Abutalıbovun suçlu bilir. Elə bu baxımdan Xaləddin Isgəndərov mətbuata açıqlamasında yanğına görə məsuliyyəti “fövqəlnazir”lə merin üzərinə atmışdı.

Məlumatlara görə, Fazil Məmmədov Kəmaləddin Heydərovla Hacıbala Abutalıbovun bitirmək üçün səylərini səfərbər edib. “Bakılift-təmir” Istehsal Birliyindəki həbslər Bakı meri ilə bağlı planların tərkib hissəsidir. Fazil Məmmədov bu prosesi Hacıbala Abutalıbovun özünə qədər dərinləşdirmək istəyir. Paralel olaraq Kəmaləddin Heydərovun obyektlərində vergi yoxlamaları aparıldığı barədə iddialar var. Gözlənilir ki, Fazil Məmmədov yaxın günlərdə “fövqəlnazir”ə də sarsıdıcı zərbə vuracaq.

Azadlıq.info

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024