Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (2-07-2015, 14:09)
Füzulidə polis işçilərinin peşə bayramı qeyd olundu

Füzulidə polis işçilərinin peşə bayramı qeyd olundu

Horadiz şəhərində Füzuli Dövlət Dram Teatrında - 02 iyul polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir.

Mediatv.az xəbər verir ki, tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat müdirləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir. 

Əvvəlcə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayon polis şöbəsinin rəisi Xəqani Məmmədov bir qrup tədbir iştirakçısı ilə birgə  Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək düzmüş, xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.

Tədbir Dövlət himninin səslənməsi ilə başlanmışdır. 

Sonra daxili işlər naziri, geneal-polkovnik Ramil Usubovun rayon polisəməkdaşlarına təbrik teleqramı oxunmuşdur. 

Rayon polis şöbəsinin rəisi Xəqani Məmmədov məruzə ilə çıxış etmişdir. O, Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışmış, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunduğunu diqqətə çatdırmışdır. 

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev polis işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında polis işçilərinin xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğısından söz açmışdır. 

Alı Alıyev bildirmişdir ki, Azərbaycan polisi həmişə dövlətə, cəmiyyətə şərəflə xidmət etmişdir.

  - “Yarandığı gündən çətin və şərəfli yol keçmiş Azrbaycan polisi müstəqil dövlətçiliyimizin qorunmasında böyük rol oynamış, vətəndaşların hüquq və azadlıqlarının keşiyində ayıq-sayıq dayanmışdır. Polis əməkdaşları vətənimizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə fəal iştirak etmiş, döyüşlərdə rayon polis şöbəsinin 16 əməkdaşı şəhid olmuşdur. İki nəfər isə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür”-deyə Alı Alıyev vurğulamışdır. 

Rayon polis şöbəsi rəisinin müavini Xəyyam Mirhüseynov, veteran polis işçisi Fəxrəddin Abbasov və digərləri çıxış edərək bildirilmişlər ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə əsası qoyulan milli polis sistemimiz ötən dövr ərzində çətin və şərəfli bir yol keçmişdir. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan polisinin formalaşmasına, peşəkarlığının artırılmasına daim böyük diqqət və qayğı göstərmişdir. Ulu Öndərin 2 iyul “Polis günü”nün peşə bayramı kimi qeyd olunması barədə 1998-ci il 24 may tarixli Fərmanı məhz bu qayğının parlaq təzahürüdür.

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Alı Alıyev tərəfindən xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.

Sonda polis orqanlarının fəaliyyətindən bəhs edən video çarx nümayiş olunmuşdur. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?

Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024