Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (30-06-2015, 12:11)
Bu dondurmaları almayın!

Mövsümlə əlaqədar olaraq insanların dondurmalara ehtiyacının artmasını nəzərə alıb yoxlama tədbirləri bir az da gücləndirilib.

 

Bu barədə Publika.az-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.

 

Onun sözlərinə görə, xüsusən də xaricdən gətirilən dondurmalarla bağlı müəyyən pozuntular aşkarlanır.

 

“Xaricdən idxal edilən dondurmalarda qanunvericiliyin tələblərinə uyğun sertifikatlaşdırılmaması, “Azərbaycan dövlət dili haqqında” qanun və istehlakçının hüquqları haqqında tələblərin pozulması faktları aşkar edilir. Bu məhsulların satışının qarşısı alınır”.

 

Yerli istehsalda pozuntulara gəldikdə isə F.Talıblı deyib ki, ötən illərlə müqayisədə yerli dondurma istehsalçıları arasında keyfiyyət, təhlükəsizlik problemləri aşkarlanmır. Laborator analizlər nəticəsində çirklənmələr aşkar edilir. Lakin araşdırıldıqda məlum olur ki, bu, istehsal zamanı yaranan problem deyil. Əsasən, satış obyektlərində yaranmış amillərdir. Bu zaman da həmin obyekt inzibati məsuliyyətə cəlb edilir.

 

Bu ilin may ayı ərzində aparılan yoxlamalar zamanı  “Qranit” firmasının məhsulu olan “Buratino” nişanlı kakaolu dondurmada saxarozanın kütlə payı və ümumi mikroorqanizmlərin sayına görə standartlara cavab vermədiyi, “AER Company”nin istehsalı "Zimuşka Zima" nişanlı plombir dondurması və “Eskimo” klassik şokaladlı dondurmasında bağırsaq çöpləri qrupundan olan bakteriyaların aşkar edilməsinə görə standartın tələblərinə cavab vermədiyi müəyyən edilib”.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024