Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (31-05-2015, 12:01)
"Ölüm hökmü bərpa olunsun" - millət vəkili

"Ölüm hökmü bərpa olunsun" - millət vəkili

 

Millət vəkili Fazil Mustafa bir neçə gün əvvəl Bakının Pirallahı qəsəbəsində zorlanaraq öldürülən 5 yaşlı qızın faciəsinə münasibət bildirib. Mediatv.az xəbər verir ki, fikirlərini "Facebook" səhifəsində yazan deputat ölüm hökmünün bərpasını tələb edib:
"İllərdir tələb edirəm ki, uşaqların və hamilə qadınların qəsdən öldürülməsinə görə ölüm hökmü bərpa olunmalıdır. Ancaq rəsmi qurumlar Avropa Şurası qarşısında öhdəliyi bəhanə edərək bu məsələdə bir qəti qərar vermək istəmirlər. Budur, Pirallahıda 5 yaşlı qıza təcavüz edərək öldürən 32 yaşlı qatilin indi cəzası nə olmalıdır? Bu məxluqun yaşamasının bir mənası qalırmı? Ömürlük həbs etsinlər və hər gün büdcədən qida da ayıraq ki, mədəsini doldursun, bunun zərərçəkmiş tərəf üçün hansı təsəllisi ola bilər ki?.. 5 yaşlı qızı, o mələk cocuğu bir sərxoşdan, bir manyakdan qoruya bilməyən bir cəmiyyətik, həqiqətən utancvericidir. Bir də verilən cavab bizim cəmiyyətdə əksər kriminal əməl daşıyıcalarına xarakterik cavabdır: İçkili idim maşınla adamı vurdum, içkili idi maşın vurdu, içkili idim bıçaqladım, güllələdim, qumbara atdım, içmişdim və çəkmişdim gedib evi yandırdım. Canınız çıxsın içməyin, çəkməyin! Nəticəsini ki görürsünüz. Çevrədə sərxoşluğun və narkomanlığın necə tüğyan etdiyini, stimullaşdırıldığını görürsən, gələcəyimizin qaranlıq mənzərəsini daha dəqiq təsəvvür edirsən. Ailələrin görünməyən faciəsi əksər hallarda bu amillə bağlıdır. 5 yaşlı qız övladını qoruya bilməmənin günahını hamımız daşıyırıq".

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024