Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (9-02-2015, 16:51)
İŞİD hamilə qadınların başına bu oyunu açır

"Onlar 5 yaşlı qızı belə satıblar"

 

İŞİD terrorçularının girov götürdüyü qızların, qadınların başlarına gətirdikləri dəhşətə salır. PİA.AZ ans press-ə istinadən xəbər verir ki, İraqın Ərbil şəhərində "İraqdakı yezidi və xristianlara tədbiq edilən etnik soyqırım" adlı panel təşkil edilib. 
Paneldə terrorçular tərəfindən qaçırılan və öz cəhdləri ilə qurtulmağı bacaran qızlar başlarına gələnləri danışıblar. Qadınların danışdıqları qarşısında izləyiçilər göz yaşlarını saxlaya bilməyiblər. 
Təhlükəsizlik məqsədi ilə qızların adları açıqlanmayıb, özlərinin üzü görünməyib. 
17 yaşlı Vaha Sincarın Təl Azər kəndindən ailəsi ilə birgə qaçarkən girov düşüb. Onun sözlərinə görə, terrorçular onu uzun müddət döyüblər. "Bizi kişi, qadın, uşaqlar olmaqla 3 hissəyə ayırdılar. Gözlərimiz önündə 17 kişini vəhşicəsinə öldürdülər. 
Ümumilikdə 500 qadını Mosulda toy salonuna gətirdilər. Burada 10 gün qaldıq. Bizə çox pis davranırdılar. Daha sonra qruplara ayıraraq evlərə yerləşdirdilər". 
Vaha özü ilə birlikdə 20 qadının Əbu Leyd adlı kişiyə satıldığını deyib. Daha sonra isə qadınlar püşkatma ilə İŞİD terrorçuları arasında bölüşdürülüblər. 
"Hər gün döyərək təcavüz ediblər. Mən 5 yaşlı qızı belə satdıqlarını gördüm. O körpə qıza nə etdiklərindən xəbərimiz yoxdur. Verilən yeməklərə dərman qatdıqları üçün biz daima yatırdıq". 
Gənc qızın sözlərinə görə, Mosulun bombalanmasından istifadə edərək qaçmaq imkanı qazanıblar. 
İŞİD-a girov düşənlərdən biridə 21 yaşlı Hezal olub. Onun sözlərinə görə, terrorçular zorlamalar nəticəsində hamilə qalanlara dərmanlar verməklə bətnlərindəki körpələri öldürürdülər. "Bizim acı çəkməyimiz onların xoşuna gəlirdi". 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024