Cəmiyyət (26-05-2015, 12:51)
Azərbaycanda qız qaçırmaya görə 35 nəfər həbs olunub
Qız qaçırmaq Azərbaycanın qədim “ənənələri” içərisində birincilər sırasındadır
Nisbətən iri şəhərlərdə “ənənə” tarixə qovuşsa da, bölgələrin əksəriyyətində hələ də davam etməkdədir. Xüsusilə Cənub və Qərb zonasında - Gəncə, Qazax, Gədəbəy, Tovuz, Masallı, Lənkəran, Astara, Lerik və Cəlilabad rayonlarında bu “ənənəyə” daha çox rast gəlinir.
Qaçırılan və ya qaçan qızın, həmçinin onu qaçıran oğlanın bu addım üçün 3 əsas arqumenti ola bilər: ya ailə nikaha razı deyil – gənclər qoşulub qaçırlar, ya qız oğlanı istəmir – zorla qaçırırlar, ya da toy etmək üçün pul yoxdur...
Real olmasa da, rəsmi statistika göstərir ki, 2008-ci ildə respublikada 18 qız zorla qaçırılıb. 2009-cu ildə ölkənin müxtəlif regionlarında 15 qız qaçırma halı qeydə alınıb. Ölkə ərazisində 2010-cu ildə 7 belə fakt baş veribsə, 2011-ci ildə bu rəqəm 16-ya qədər artıb. 2012-ci ildə evlənmək məqsədilə 28 dəfə qız qaçırılması halı baş verib. Bu hadisələr zamanı 18 yaşına çatmayan 10 nəfər qız da evlənmək məqsədilə qaçırılıb. 2013-cü ildə isə 18 qız qaçırma faktı aşkarlanıb.
Azərbaycan qanunvericiliyi qadını evlənmək məqsədilə qaçırma halını cinayət kimi qəbul edib. 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Cinayət Məcəlləsində qadını evlənmək məqsədilə oğurlama (129-cu maddə) cinayəti 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tuturdu. Eyni hərəkətlər yetkinlik yaşına çatmayan şəxs barəsində edilərdisə, 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutuulurdu.
Lakin 2000-ci il sentyabrın 1-dən qüvvəyə minən yeni Cinayət Məcəlləsində bu əməl adam oğurluğu kimi tanınıb və 144-cü maddə ilə tövsif olunur. Həmin maddədə bu əməl 5 ildən 12 ilədək, eyni əməllər yetkinlik yaşına çatmamış şəxs barəsində törədildikdə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
2014-cü il ərzində ölkə ərazisində evlənmək məqsədilə qaçırılan qadınların, adam oğurluğu faktı ilə bağlı başlanan cinayət işlərinin və cinayət məsuliyyətinə cəlb olunan şəxslərin sayı ilə bağlı Modern.az saytının Daxili İşlər Nazirliyinə ünvanlandığı sorğuya cavab verilib.
Belə ki, DİN Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyev saytımıza bildirib ki, 2014-cü ildə CM-nin 144-cü maddəsi ilə adam oğurluğu əməlinə görə 24 cinayət işi açılıb:
“2014-cü il ərzində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə 24 cinayət işi başlanaraq, 41 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Həmin cinayətlərin 20-si qadınla evlənmək məqsədilə 35 şəxs tərəfindən törədilib”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024