Cəmiyyət (18-05-2015, 10:08)
Bakı metrosunda yenilik olacaq
Bakı Metropoliteni xətlərində relslərin qaynaq prosesində tətbiq edilən texnologiyalar qatarların hərəkətini daha səssiz edəcək
Bu barədə "Trend"ə Rusiyanın “QT-Alüminotermitnaya svarka” MMC-nin baş direktoru Vladimir Lenkin deyib.
Onun sözlərinə görə, Rusiya şirkəti Bakı metrosunda ilk qaynaq işlərini ötən il aparıb: “Ötən ilin sonunda Bakı Metropoliteninin yeni xətlərində ilk qaynaq işlərimizi bitirdik. Öz avadanlığımızı və materialımızı gətirmişdik. Əsas iş işlək relslərin qaynağından ibarət idi”.
V.Lenkin şirkətin “Bakı Metropoliteni” QSC ilə əməkdaşlığı davam etdirmək niyyətində olduğunu qeyd edib: “Əməkdaşlığımız cari ilin ikinci yarısında da davam edəcək. Məlumdur ki, 2030-cu ilə kimi Bakı Metropoliteninin perspektiv inkişaf planı mövcuddur və biz bu çərçivədə əməkdaşlığımızı davam etdirmək niyyətindəyik. Yolların mövcud qollarda modernləşməsi planlaşdırılır, belə ki, relslərdə qovşaqlar müxtəlif növ problem yarada bilər. Bu məsələnin texniki cəhətdən başqa sosial tərəfi də var ki, metro daha səssiz olacaq. Bu da vətəndaşların rahatlığını artıracaq”.
O, qeyd edib ki, Azərbaycan şirkət üçün olduqca əhəmiyyətlidir: “Tez-tez “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxlayırıq və gələcək əməkdaşlığa ümid edirik. Texnologiyalarımız nəinki qatarlara yerin altında, həmçinin şəhərlər arasında da səssiz getməyə imkan yaradır. Bütün işi öz gücümüzlə həll edə, həmçinin avadanlıq və materialla təmin edə, yerli kadrları öyrədə və texniki təminatı həyata keçirə bilərik”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024