Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (31-03-2015, 22:33)
Seymur Həzi məhkəməsinə gətirilmədi

Seymur Həzi məhkəməsinə gətirilmədi

 

31 martda Sumqayıt Apellyasiya Məhkəməsində “Azərbaycan saatı” verilişinin redaktoru Seymur Həzinin həbsindən verilən şikayətə baxılıb. Jurnalist məhkəməyə gətirilməyib.

Prosesdə vəkil Adil İsmayılov məhkəmə heyətinə etiraz edib. O, etirazında bildirib ki, məhkəməyə sədrlik edən Nazim Mövsümov və hakim Mübariz Zeynalov daha öncə Seymur Həzinin ev dustaqlığına buraxılmaması ilə bağlı qərar veriblər. Onlar bu işə yenidən baxacaqları halda vəkil heyətdən obyektiv araşdırma gözləməyəcək. 

Etiraz qəbul edilmədi. Vəkil Seymur Həzinin ev dustaqlığına buraxılması və məhkəmə istintaqının aparılması ilə bağlı vəsatət verib. Məhkəmə heyəti müşavirəyə gedib və qərarı 1 apreldə açıqlayacaqlarını bildiriblər.

Seymur Həzi 29 yanvarda Abşeron rayon Məhkəməsinin qərarı ilə 5 il azadlıqdan məhrum edilib. Jurnalist silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıqda ittiham olunur. Amma Seymur Həzi ittihamları qəbul etmir və həbsini jurnalist fəaliyyəti ilə bağlayır.

шаблоны для dle 11.2

Xəbər lenti
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
20 04 2025
19 04 2025
19 04 2025