Cəmiyyət (28-03-2015, 17:51)
“Korrupsiya vərdişini dəyişmək lazımdır“
"Yay vaxtına keçid bu gecədən başlayır. Üstəlik də riyazi hesablamanın mükəmməlliyinə baxın ki, dəyişiklik qərarı veriləndə bazar gününün iş günü olması diqqətdən qaçıb. Hələ indiyədək bu keçidin ciddi əsaslandırılması ilə tanış ola bilmədim".
Bunu millət vəkili Fazil Mustafa qeyd edib. O bildirib ki, əsaslandırmalarda daha çox qənaət amilinə üstünlük verilir. Deputat deyir ki, xüsusilə də elektrik enerjisinə qənaət üçün bunun faydalı olduğu söylənilir:
"Məncə elektrik enerjisinə qənaət üçün vaxtı deyil, korrupsiya vərdişini dəyişmək lazımdır.
Digər tərəfdən qış vaxtı, yay vaxtı deyəndə sanki payıza qışın içində, yaza da yayın içində qənaət edirik".
Millət vəkilinin fikrincə, hər dəfə bir vaxtın içindən digərinə diyirlənməklə problemlərimiz çözülməz: "Müasir zamanın içində düşüncələrimizi, anlayışlarımızı, arxaik vərdişlərimizi dəyişməliyik. Yəni bizə lazım olan yay və ya qış vaxtına keçid deyil, müasirliyə keçiddir. Təəssüf ki, bunu qərarla etmək olmur, bunu xarakterlə edirlər", -deyə deputat söyləyib. (ans)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024