Cəmiyyət (28-03-2015, 13:53)
O pilot müsəlman olsaydı...
Martın 26-da Avropada bir qeyri-müsəlman tərəfinden terror törədildi: İspaniyanın Barselona şəhərindən Almaniyanın Düsseldorf şəhərinə uçan təyyarə Fransa ərazisində - Alp dağlarının üzərində bilincli şəkildə dağa çırpıldı, pilotlarla birgə 150 nəfər öldü
Qəzanın səbəbləri haqda ənənəvi olaraq öncə bir neçə ehtimal səsləndi; təyyarənin texniki nasazlığı, əlverişsiz hava şəraiti və terror. Çox keçmədən sonuncu versiyanın doğru olduğu təsdiqləndi. Ortaya çıxan fakt odur ki, uçağı ikinci pilot qəsdən endirib. Fransa hüquq-mühafizə orqanları əməkdaşlarının ilkin araşdırmaları və “qara qutu”dakı audioyazının dinlənməsi zamanı bəlli olub ki, təyyarəni ikinci pilot Andris Lubits bilərəkdən dağlara çırpıb; Andris uçuş zamanı idarəetməni öz üzərinə götürüb, digər pilot kabinədən çıxan kimi qapını arxadan bağlayıb. Lubits baş pilotun kabinəyə daxil olmasına imkan verməyib və layneri sürətlə aşağı endirərək qəzaya uğradıb.
Təyyarə Almaniyanın "Germanwings" şirkətinə məxsus olub, terroru törədən pilot da milliyətcə almandır və Almaniya vətəndaşıdır, daimi olaraq orada yaşayır. Və o, müsəlman deyil, xristiandır. Müsəlman ölkəsində də yaşamır. Bəlkə də artıq oxucuda suallar yaranmağa başladı ki, pilotun müsəlman olmamasının məsələyə nə dəxli var? Aidiyyəti budur; bir anlıq təsəvvür edin ki, həmin terroru törədən müsəlman olsaydı, indi dünyada nə baş verirdi? Mənzərə təxminən belə olacaqdı; bəlli beynəlxalq təşkilatların İslam əleyhinə bəyanatları ard-arda düzülmüşdü, Avropa ölkələrində küçələri İslam əleyhinə aksiyalar bürümüşdü. Kimlərsə müsəlmanları ən ağır formada təhqir edirdilər. İslamafobiya pik nöqtəyə çatmışdı, bəzi nəşrlər İslam müqəddəslərinin karikaturalarını dərc edirdilər, daha nələr-nələr...
Şükürlər olsun ki, bu Andrisin İslamla heç bir bağlılığı yoxdur. Hətta onun ulu nənəsi haradasa körpüdən keçəndə dindaşlarımızın ulu müsəlman babasına toxunmuş olsaydı, əmin olun ki, biriləri bunu əldə bayraq edib dinimizə həqarət edirdilər. Amma indi sanki Fransada baş verən dəhşətli terror yox, sıradan bir olay imiş, artıq dünya mediası da bu haqda az danışır. Maraqlı deyilmi?
ƏIbəttə, kimliyindən, dini mənsubiyyətindən asılı olmayaraq hər hansı kəs insanlıq əleyhinə cinayət törədirsə, lənətlənməlidir. Amma biz zaman-zaman müşahidə etmişik ki, xoşagəlməz bir əməli müsəlman törədəndə, xüsusi ilə Avropa ayağa qalxır. İndi alman Andris tarixdə iınadir hadisə olan pilotun qəsdən təyyarəni məhv etməsi əməlini törədib : Avropada susqunluqdur. Əlbəttə, bunu qətiyyən dinlə, xirstianlıqla bağlamaq kimi niyyətimiz də yoxdur. Çünki pilotun dini mənsubiyyətinin törətdiyi terrora heç bir dəxli ola bilməz. Bu onun psixoloji durumu ilə əlaqələndirilir və bu daha ağlabatan versiyadır. Amma hansısa bir İslam dininin daşıyıcısı olan psixopat bir yaramaz əməl törədəndə, bunu dərhal İslam adına yazırlar.
Cənab avropalılar və hörmətli Avropa, Qərb, xristian dünyası! Andrisin timsalında görürsünüzmü terrorun xristian dini ilə heç bir bağlılığı yoxdur? Eləcə də hansısa debil İŞİD-çinin, əl-Qaidəçinin, yaxud da sünnət olunmuş hansısa Vələddinin törətdiyi cinayətin İslam dininə heç bir dəxli yoxdur. Bunlar sadəcə ən müxtəlif siyasi, iqtisadi və başpozuqluq nədənlərlə həyata keçirilən terror, bəşəriyyət əleyhinə cinayətlərdir. Diqqəti dinə yox, məhz bu səbəblərə yönəltmək lazımdır...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024