Cəmiyyət (26-01-2025, 22:22)
Vətənə sədaqət Dövlətə xidmət -PORTİRET

Mənə elə gəlir ki, hər bir insan özünün taleyinə görə yaradılıb. İnsanların həyat yolunu müşahidə etdikdə onların mənəvi aləmi, fitrəti ilə taleyi arasında qəribə bir ahəngin şahidi oluruq. Görünür, həyatda təsadüfi heç nə yoxdur. Hər şey müəyyən qanunauyğunluqla nizamlanır.İnsanlar həmişə yaxşı işlər görməli, yaxşı insanlar olmalıdırlar. Xeyirxah insanları hamı sevir və hörmət edir.Onlar həm də Allahın məhəbbətini qazanırlar.Müqəddəs kitabımız olan Quran yaxşı insan olmağın vacibliyindən bəhs edir.Haqqında söhbət açdığımız, hansı ki, xarakterik xüsusiyyətinin gözəlliyi, sözün əsl mənasında ziyalı, xeyirxah insan və həyata keçirdiyi idarəçiliyinin müdrikliyi ilə tam əksəriyyətdən fərqlənən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov - bu gün özünə hörmət qazanan şəxslərdən biri olmaqla, yuxarıda sadaladığımız fikrin obyektivliyinə inanmalı oluruq. Çünki, adı çəkilən bu şəxsin indiyə kimi atdığı addımlar, tutduğu ləyaqətli mövqeyi onu tanıyanlar tərəfindən sevilib, lazımınca qiymətləndirilib və rəğbət hissi ilə də qarşılanıb.İlqar Mahmudov əmək fəaliyyətinə 1997-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyində başlamışdır. 1997–2003-cü illərdə nazir köməkçisi, 2003–2016-cı illərdə Bakı Humanitar Kollecinin direktoru, 2016–2018-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şəki, Oğuz, Qəbələ rayonları üzrə 4 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin rəisi, 2018–2019-cu illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Ümumi təhsil şöbəsinin müdir müavini, 2019-cu ildən 2023-cü ilin sentyabr ayınadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Hüquq elmləri namizədidir.
Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2023-cü il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Əslində onun portret yazısına ZAMANIN istənilən rakursundan başlamaq olar – DÜNƏNdən də, BU GÜNdən, SABAHdan da...
DÜNƏNdən başlamaq olar, çünki o, dünən- kollec direktoru,Təhsil nazirliyində müxtəlif vəzifələrdə çalışdığı zaman da ona etimad gösdərilən sahədə qərəzsiz, təmənnasız, lakin tələbkar münasibətlərə söykənən bir stillə işləyib,tapşırılan vəzifənin öhdəsindən layiqincə gəlib.
BU GÜNdən başlamaq olar, çünki o, bu gün öz təcrübəsi, bilik və bacarığı, peşəkarlığı ilə Azərbaycan dövlətçiliyinə layiqli xidmətin nümunəsini yaradır, ona çalışdığı sahədə göstərilən etimadı ləyaqətli şəkildə doğruldur.İlqar Mahmudov rayon rəhbəri vəzifəsində çalışdığı zaman dövlət başçısının tapşırığına əsasən hər həftənin müəyyən olunmuş günü,Quba rayon icra aparatın məsul işçiləri, hüquq-mühafizə orqanları və digər idarələrin rəhbərləri ilə birgə vaxtaşırı olara yerlərdə görüşlər və səyyar qəbullar keçirir,vətəndaşlar tərəfindən qaldırılan məsələlərin, verilən təkliflərin icrası məqsədilə aidiyyatı üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verir. Yüksək səmimiyyət şəraitində keçirilən belə görüşlərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan dövlətinin ildən-ilə daha da inkişaf edərək dünyada nüfuzunun artdığını, ordu quruculuğu sayəsində əldə olunan nailiyyətləri, Əhalinin həyat səviyyəsinin dayanmadan yüksəldiyini qeyd edir,sakinlərin,aztəminatlı ailələrin bütün qayğılarının daim dövlətimizin nəzarətində olduğunu bildirir. Rayon rəhbəri çıxışlarında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində azad olunmuş torpaqlarımızda quruculuq işlərinin sürətlə getdiyini qeyd edir,bütün məcburi köçkünlərin evlərinin tezliklə bərpa olunacağını və ata-baba yurdlarına tezliklə dönəcəklərini əminliyini vurğulayır.Qəbullarda iştirak edən sakinlər onların müraciətlərinə diqqətlə yanaşıldığına görə, RİH başçısına öz minnətdarlıqlarını bildirirlər.
SABAHdan başlamaq olar, çünki o, dünən qazandığı, bu gün davam etdirdiyi uğurları ilə gələcəkdə də yeni nailiyyətlərə imza atacağının müjdəsini verir. Hazırda çalışdığı Quba Rayon İcra Hakimiyyətinin başçısı kimi təmiz adını və reputasiyasını qoruduğu kimi, sabah da, biri gün də, bir sözlə, hər zaman bu adı qoruyacağına dair insanda sarsılmaz inam aşılayır.
İlqar Mahmudovun ən mühüm özəlliklərindən biri hansı vəzifədə çalışmasından asılı olmayaraq öz işinin öhdəsindən peşəkarcasına və vicdanla gəlməsidir. Onun üçün vəzifənin kiçiyi-böyüyü yoxdur. Onun üçün başlıcası, önəmlisi ona tapşırılan, üzərinə düşən işi məsuliyyətlə və müvəffəqiyyətlə yerinə yetirməkdir. Yorulmadan qurmaq, yaratmaqdır. İşgüzarlıq, çalışqanlıqdır. Hansı vəzifədə işləyirsə işləsin müsbət izlər buraxmaq, çalışdığı sahəni irəli aparmaqdır.Bu bacarıq yalnız Xalqına məhəbbəti, Dövlətinə sədaqəti özünün həyat prinsipi seçənlərə xasdır.Eynilə İlqar Mahmudov kimi!
Öz işinin mükəmməl bilicisi olan İlqar Mahmudov daha mənalı ömür yaşayır, mümkün olduğundan da artıq iş görməyə çalışır.Böyük bir rayonun rəhbəri olaraq yerlərdən gələn təşəbbüslərə, qaldırılan məsələlərə operativ münasibət göstərmiş, onların həllinə köməklik etməklə bərabər, həm də demokratik iş metodlarının bərqərar olmasına şərait yaratmışdır. Hər kəs istənilən an və çəkinmədən öz ürək sözünü rayon rəhbərinə çatdırıb deyə bilir.O hər zaman xeyirxah əməllər, yüksək mədəniyyət və qabiliyyət sahibi kimi tanınmışdır.İlqar müəllimin mövqeyindən, işindən və əməlindən hələ heç bir kəs zərər çəkməyib, çətinliyə düşməyib. Çünki o, əsilli-köklü insandır, saf və təmənnasız ziyalıdır. Qürurun, əyilməzliyi və dönməzliyiylə, nəhayət, əsl bəyzadəliyiylə onu tanıyan insanın qəlbində özünə əbədi heykəl ucalda bilmişdir. İctimaiyyətlə sıx əlaqəsi, xoş rəftarı işlədiyi insanlar arasında ona böyük nüfuz qazandırmışdır.İlqar müəllimi fərqləndirən cəhətlərdən biri də budur ki, öz təmiz adını, nüfuzunu qorumağı bacarır, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır.O müdrikcəsinə bilir ki, həyatda yalnız tutduğun yol əbədidir, amal əbədidir,əməl əbədidir.
Yolu, amalı, əməli düz olanların mükafatını isə Tanrı da, Tarix də, Tale də artıqlaması ilə verir.
Əfqan Bəhluloğlu
Mediatv.az xəbər portalının rəhbəri

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025
21 05 2025