Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (17-03-2015, 13:15)
Xədicə İsmayıldan məktub gəldi

AzadlıqRadiosunun həbsdəki əməkdaşı Xədicə İsmayıl həbsdən yazdığı son məktubunu yollayıb. Jurnalist məktubunu dostlarına təşəkkür etməklə başlayıb: “Dostlar, mənə ünvanladığınız ilıq sözlər üçün çox sağ olun. Onlar mənə yalnız vəkillərimin dilindən çatır, çünki mənə hər hansı açıqca, ya məktubu gətirmələrinə icazə vermirlər. Təcridxana rəhbərliyi iddia edir ki, məktublar poçtla gəlsə, mənə çatdırılacaq. İstəsəniz, yoxlayın. Hərçənd ki, poçt və təcridxana mənə çatası qəzetlərin yalnız 1/7 hissəsini çatdırır. Hərdən zarafatla ”Azadlıq" qəzetinin həftəliyə keçib-keçmədiyini soruşuram. Çünki mən ən yaxşı halda həftədə bir nömrəsini alıram".
X.İsmayıl yazıb ki, həbsdən qorxmur və heç bir narahatçılığı yoxdur. Onun yazdığına görə, nəyə görə türməyə salındığını bilir və həqiqəti söyləmək azadlığının illər boyu həbsdə qalmaq bahasına olsa belə şirin nemət olduğunu burda daha yaxşı anlayır.
Jurnalist həmkarı Dəyanət Azərsoyu türmədə görənlərin olduğunu, bir neçə ay əvvəl onun döyülməkdən ölümcül halda olduğunu yazıb: “...Sındırılan adamlar ölkəsində gələcək nə qədər dumanlı görünsə də, biz bu ölkəni onu boğan əllərdən qurtarmaq üçün harda oluruqsa olaq, əlimizədən gələni etməliyik. Həbsxana insanların dərdinə şərik çıxmağa hazır adam üçün çox məşğul bir yer sayıla bilər. Bildiyim qədər siyasi məhbusların hər biri bütün məhdudiyyətlərə baxmayaraq, insan haqlarını həbsdə də qorumaqda davam edirlər. Leyla xanım da, İntiqam bəy də, Rəsul da, Seymur da”.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024