Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (23-02-2015, 17:14)
Azad Rəhimov Budapeştdə rəsmi səfərdədir

Azad Rəhimov Budapeştdə rəsmi səfərdədir

Nazir Avropa Oyunları ilə bağlı məlumatlar verəcək.

Bakı 2015 Avropa oyunlarının təqdimatı məqsədi ilə gənclər və idman naziri Azad Rəhimov Macarıstanın Budapeşt şəhərində rəsmi səfərdədir.

Gənclər və İdman Nazirliyi Mətbuat xidmətindən "Mediatv.az"-a daxil olan məlumata görə, bu gün Budapeştin məşhur “Viqado” Mərasim Zalında baş tutacaq təqdimat mərasimində nazir Azad Rəhimov çıxış edərək, ölkənin birinci xanımı,  Avropa Oyunlarının Təşkilat  Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi altında görülən işlər, oyunlara hazırlıq prosesi haqda məlumatlar verəcək.

Avropanın 49 ölkəsindən 6000-dən çox idmançının 20 idman növündə mübarizə aparacaqları I Avropa oyunlarının Budapeşt şəhərində təqdimatı çərçivəsində ölkəmizin mədəniyyətini, tarix və adətlərini,  I Avropa oyunlarına hazırlıq çərçivəsində görülən işləri  özündə əks etdirən video çarx nümayiş olunacaq.

Tədbirdə müxtəlif ölkələrin Macarıstandakı diplomatik nümayəndələri, dövlət məmurları, parlament üzvləri və jurnalistlər də iştirak edəcək. 

Təşrif buyurmuş qonaqlara eyni zamanda Azərbaycan milli mətbəxindən yeməklər də təqdim ediləcək. Sərgi çərçivəsində qonaqlara I Avropa oyunları ilə bağlı bukletlər, suvenirlər  və jurnallar da  paylanacaq.

Tədbirin sonunda qonaqlara konsert proqrami təqdim olunacaq. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024