Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (29-12-2014, 20:00)
Əli Həsənov Dilqəmin qardaşına nə söz verdi?

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun qardaşı Sahib Musayev bu gün baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb.

Bu barədə AzVision.az-a S. Musayevin məlumat verib. Əli Həsənov görüş zamanı girovların geri qaytarılması ilə bağlı aparılan prossesin davam etdirildiyini açıqlayıb: “Əli müəllim girovların geri qaytarılması ilə bağlı çalışdıqlarını söylədi. Hazırda işlər davam etdirilir. Baş nazirin müavini dedi ki, əgər girovlar geri qaytarılmasa Avropa Məhkəməsinə müraciət edəcəklər”.

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Hafiz Əhmədov

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024