Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (27-10-2022, 17:46)
MTK-lar Bakının şəhər təsərrüfatında PARTLAYIŞ yaradacaq

MTK-lar Bakının şəhər təsərrüfatında PARTLAYIŞ yaradacaq
“Yaxın vaxtlarda Bakıda şəhər təsərrüfatında çox ciddi problemlər yarana bilər. Bu problem xüsusi olaraq yeni inşa edilən çoxmənzilli binalarla bağlıdır”.

Mediatv.az  xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında əmlak üzrə ekspert Elnur Fərzəliyev söyləyib.

O, bildirib ki, hazırda çoxmənzilli binaların 2 cür idarəetmə sistemi var. Bunlardan biri Mənzil İstismar Sahələridir, digəri isə Mənzil Tikinti Koperativləridir. Bunlar arasında çox fərqli idarəetmə sistemi və qiymət siyasəti var:

“Məsələn, Sovet dövründə inşa edilmiş binalara kommunal xidmət göstərən MİS-lər hər mənzildən ildə cəmi 18 manat vəsait alır. Əslində bu rəqəm simvolikdir. Çünki, bu heç MİS işçilərinin saxlanmasına kifayət etmir. Ona görə də köhnə binaların dam örtüklərinin, fasadlarının və hətta liftlərinin dəyişdirilməsi dövlət vəsaiti hesabına aparılır.

Amma MTK-larda vəziyyət başqa cürədir. Hazırda Abşeron yarımadasında 2 minə yaxın yeni tikilmiş binalar var. Onların da idarəetməsini MTK-lar həyata keçirir. Yeni binalarda yığılan komunal xidmət haqları çox yüksəkdir. Yeni binalarda kommunal xidmətin aylıq haqları kvadratmetrə görə 20 qəpikdən 2 manata qədər dəyişir”.

Ekspert əlavə edib ki, MTK-lar bu qədər yüksək kommunal xidmət haqlarının müqabilində əslində heç bir iş görmür:

“Yığılan külli miqdarda pul yalnız həmin ay üçün nəzərdə tutulur. Növbəti ay üçün isə yenidən pul yığılır. Bu pullar da əsasən xadimələrin maaşına, liftin istismar xərcinə və digər xırda məsələlərə xərclənir. Bir sözlə, burada yığılan pullar təyinatı üzrə xərclənmir və əsas hissəsi mənimsənilir. Zaman keçdikcə yeni binalar da köhnəlir. İndi şəhərimizdə onlarla yeni sayılan binalar var ki, onların da yaşı 20-dən artıqdır. Yəni bu binalarda artıq kapital təmirə ehtiyacı var. Əksər binaların fasadı, dam örtüyü köhnəlib. Bloklar, liftlər bərbad gündədir. Amma problemlər açıq qalıb. MTK-lar kapital qoyuluşundan imtina edir. Bu isə şəhər təsərrüfatında yaxın gələcəkdə ciddi problemlərin yaranacağına bir işarədir”.

Elnur Fərzəliyev təklif edir ki, yerli icra və yaxud bələdiyyələr vəziyyətə müdaxilə etməlidirlər:

“MİS-lərin çox böyük təcrübəsi var. Yaxşı olar ki, bu təcrübədən istifadə olunsun. MTK-larda yığılan külli miqdarda vəsaitdən daha səmərəli istifadə edilsin. Ən azından MTK-larda fondlar yaradılsın ki, gələcəkdə binada yaranan hansısa problem rahatlıqla həll edilsin”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024