Cəmiyyət / Slayd (8-09-2022, 08:04)
Baba Rzayevin qoca, amma “Səxavətli gənc” kadrı
Yeni təyin olunan icra başçılarının gənc kadrlar olması cəmiyyətdə xüsusilə rəğbətlə qarşılanan məqamlardan biridir. Ümumilikdə son təyinatlarda gənc kadrlar arasından vəzifəlilərin seçilməsi, yeni nəslə etimad göstərilməsi ölkə başçısının gənclərə diqqət və qayğısının təzahürüdür. Gəncləşmə siyasəti, cənab prezidentin gənc kadrlara inamı və onların öz vəzifələrinə məsuliyyətlə yanaşmasını tələb etməsi gəncliyin önündə mühüm perspektivlər deməkdir. Ölkə başçısı kadr islahatlarında gənclərin önə çəkilməsi ilə bağlı addımlar haqqında çıxışında da qeyd edirdi ki, Azərbaycanda yeni təfəkkürlü insanlar irəli çəkilir.
Amma “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev köhnə təfəkkürlü, di gəl, “səxavətli” kadrı olan Səxavət Səlimovdan elə bərk-bərk yapşıb ki, hara gedir, özü ilə aparır.
Mediatv.az xəbər verir ki,iyirmi ildən çox “Azərişıq” Səhmdar Cəmiyyətinin Avtonəqliyyat İdarəsinin rəisi vəzifəsində işləyən Səxavət Səlimovun barəsində kifayət qədər tənqidi fikirlər səsləndirilib, qınayıcı məqalələr dərc olunub. Həmin müddət ərzində Səxavət Səlimov və təyinatı üzrə silməklə”, eləcə də kotirovka və tender müqavilələrini bu sahədə ixtisaslaşmış şirkətlərə deyil, istədiyi firma ilə bağlamaqla özünə nəhəng kapital toplaya bilib və bunun nəticəsi olaraq geniş biznes şəbəkəsi qurub. B. Rzayev bütün bunları görəsən bilmirmi,yaxud Səlimovun belə çirkin işlərindən xəbərsizdirmi?Ölkədə gəncləşmə siyasəti getdiyi bir halda Səxavət Səlimovu əvəz edə biləcək bir gənc kadr tapılmadı? Özü “Azərenerji” ASC-nə sədr təyin olunandan sonra Səxavət Səlimovu da daha əhatəli qurum statusu olan “Azərenerji” ASC-nin Avtonəqliyyat İdarəsinə rəis vəzifəsinə təsdiq etdi. Səxavət Səlimov “Azərenerji” ASC-nin Avtonəqliyyat İdarəsinə rəis vəzifəsinə təsdiq olunduqdan sonra sanki onda bir arxayınlıq yaranıb.Nə sorgulara cavab verir,nə də ki zənglərə.Qanunla müəyyən olunmuş qaydada sualları cavablandırmalı olduğu halda,birmənalı olaraq suallardan yayınır,qanunlara hörmətsizlik edir.
Medeiatv.az xəbər verir ki, bütün bu məsələlərlə bağlı Səxavət Səlimova dəfələrlə zəng açsaq da,sorgu ünvanlasaq da o,bu suallardan "məharətlə" yayınıb. Görünür onun "məsləhətləşdikləri" belə məsləhətlər verirlər ki, jurnalistlərin sorğularına əhəmiyyət verməsin, hətta heç telefon zənglərini belə qaldırmasın. Bu isə əsla ağıllı yanaşma deyil,qüvvədə olan qanunlarımıza hörmətsizlikdir. Belə olduğu təqdirdə barəsində gedəcək informasiyaların birtərəfli təqdim olunmasına görə Səxavət Səlimov özü məsuliyyət daşıyacaq.
Mövzuya qayıdacağıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024