Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (5-03-2020, 17:08)
“Etimadı doğrultmasaz, deyəcəklər ki, yeni insanlar da eyni yolla gedirlər”

 Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.
Mediatv.az xəbər verir ki, görüşdə çıxış edən Prezident yeni icra başçılarının yaşına diqqət çəkib:
“Siz gənc kadrlarsınız, sizin tərcümeyi-halınız mənə təqdim olunub. Siz bu günə qədər heç bir qanunazidd əmələ əl atmamısınız, gəncsiniz, birinizin 40 yaşı, digərinizin 30 yaşı var, gənc nəslin nümayəndələrisiniz. Sizin təyinatınız bizim kadr siyasətimizi göstərir. Onu göstərir ki, bəyan etdiyimiz prinsiplər həyatda öz əksini tapır. Biz gənclərə yol açmalıyıq, meydan verməliyik, yeni təfəkkürlü insanlar önəmli vəzifələrə təyin edilməlidirlər. Biz köhnə psixologiyanı bu yollarla qıra bilərik. Cəmiyyətimizi sarsıdan xoşagəlməz hallara ancaq bu yollarla son qoya bilərik. Ona görə rəhbərlik edəcəyiniz rayonlarda işlər sizin fəaliyyətinizdən asılı olacaq. Əgər sizə göstərilən böyük etimadı bütövlükdə doğrultmasanız bu, eyni zamanda, cəmiyyətdə də məyusluq yaradacaq. Deyəcəklər ki, yeni insanlar gəldi, gənclərdir, yeni təfəkkürlə, yeni yanaşma ilə, amma eyni yolla gedirlər. Ona görə bir daha sizə ciddi tapşırıram ki, əsas vəzifəniz bütün işləri düzgün qurmaq və xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaqdır.
Eyni zamanda, ilk növbədə, rayonlarda vəziyyət təhlil edilməlidir. İnsanları narahat edən məsələlər ciddi araşdırılmalıdır və onların həlli yolları ilə bağlı təkliflər hazırlanmalıdır, yaxud da ki, bu məsələlər yerində öz həllini tapmalıdır”.
Dövlət başçısı əlavə edib ki, yeni icra başçılarının kənd təsərrüfatı və emal sənayesi sahəsində böyük imkanları var: 
“Siz çalışmalısınız ki, bu rayonlarda gedən işlər yaxın zamanlarda öz nəticəsini versin. Sizin fəaliyyətinizdə bax, bu amillər əsas rol oynayacaq - vətəndaşların məmnunluğu, rayonların inkişafı, iqtisadi-sosial göstəricilər və investisiyaların cəlb edilməsi.
Bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı doğruldacaqsınız.”шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
24 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024
23 09 2024