Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Aktual (3-05-2018, 02:13)
DƏMİRYOL STANSİYASININ RƏİSİNDƏN BAŞ PROKURORA ŞİKAYƏT OLUNDU-KORRUPSİYA FAKTI

DƏMİRYOL STANSİYASININ RƏİSİNDƏN BAŞ PROKURORA ŞİKAYƏT OLUNDU-KORRUPSİYA FAKTI

Yaşar Nabatəliyev: “Korrupsiyanı ifşa etdim deyə, məni “statya” ilə qovdular, karyeramı məhv etdilər”
Ölkə mətbuatında “Azərbaycan Dəmir Yolları” QSC-nin Qaradağ Dəmiryolu Stansiyasının rəisi Məhərrəm Məmmədov və onun Bakı Yük Stansiyasında polis məntəqəsinin rəisi olan oğlu Nadir Məmmədov barəsində bir neçə yazı dərc olunmuşdu.
Həmin yazılarda Nadir Məmmədovun instagram profilindən götürülmüş videoçarxlardan söz açılırdı. Videoçarxlarda Nadir Məmmədova məxsus “Gelandewagen” markalı avtomobilə aid görüntülər və hətta bu maşının nömrəsi (10 -RC-007) hallandırılan rep parçasına da rast gəlinirdi.

 

 

Həmçinin, müstəqil jurnalist Sənan Məmmədlinin əldə etdiyi məlumata görə, məntəqə ərazisində “Kölgəsiz adam” adlanan filmin çəkilişləri aparılmış, bu çəkilişlərdə sözügedən avtomobil də istifadə olunmuşdu.
Rejissor Amil Adiloğlu, eləcə də Nadir Məmmədov və onun atası Məhərrəm Məmmədov bu və digər məlumatları təsdiqləmişdilər. Və bu məlumatlar ictimailəşəndən sonra Nadir Məmmədov DİO-dan qovulmuşdur.
 
Məhərrəm Məmmədovun yaxın ətrafının dediyinə görə guya o oğlunun yenidən DİO-ya qayıtması üçün DİN-in nazir müavini İsmət Əliyevə əvvəlcədən depozit şəkilində 50 min pul verib. İsmət Əliyevin isə ona cavabı belə olub: “Mətbuatda oğlun Nadirlə bağlı yazılar səngimək bilmir, ona görə hələ ki, onun polis orqanlarına qayıtmağı mümkün deyil”. Məhərrəm Məmmədov isə ona bildirib ki, “tələsən yerimiz yoxdur, nə vaxt mətbuatda yazılar səngiyər, elə o vaxt da oğlum polis orqanına qayıdar”.
365İNFO-nun əldə etdiyi məlumata görə Nadir Məmmədov bu il yenidən DİO-ya bərpa olunub. Ancaq bu dəfə rəis vəzifəsinə olmasa da Daxili İşlər Nazirliyi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsinə qayıda bilib.
Lakin Nadir Məmmədov polis orqanına qayıtsa da yenə də öz köhnə əməllərindən əl çəkmir;yenə də kliplər çəkdirmək arzusu ilə bahalı avtomobillərdə gəzir , qəlyanı da yanından əskik olmur.
O ki, qaldı onun atası Məhərrəm Məmmədova, onun keçmiş işçisi Nabatəliyev Yaşar Yunus oğlu onun Qaradağ dəmiryol stansiyasında gördüyü çek saxtakarlığından Baş prokuror cənab Zakir Qaralova şikayət edib.
Y.Nabatəliyevin vaxtı ilə mətbuata verdiyi məlumatlar əsasında yazılan araşdırma yazını oxucularmıza təqdim edirik: “Əvvəllər Məhərrəm Məmmədovun yanında, Qaradağ Dəmiryolu Stansiyasında xəzinədar işləmiş Yaşar Yunis oğlu Nabatəliyev, 2011-2014-cü illərdə stansiyada xəzinədar olduğunu deyərək bildirdi ki, Məhərrəm Məmmədovun və onun Elmira xanım adlı müavinin ciddi saxtakarlıq və korrupsiya əməllərini ifşa edib: “Məhərrəm Məmmədov məni sıxışdırırdı, iş prosesindən kənarda tuturdu və elə edirdi ki, ordan çıxıb gedim. Mən 14 il dəmiryolçu təcrübəsi olan adamam, Xarkovda oxumuşam… Haqsızlıqla barışa bilmirdim. Şübhəli məqamlar çox idi. Araşdırdım və sonda müəyyən etdim ki, onlar stansiyadan yük boşaldan və xidmətlərimizdən istifadə edən sahibkarları, ələlxüsus da dövləti aldadırlar. Yük boşaldan sahibkara deyilirdi ki, “1500 manat verməlisən…” Amma elə bir mexanizm qurmuşdular ki, üst çekdə 1500 manat yazılırdı, dövlət hesabatlarına düşən çeklərdə isə 300 manat. Beləcə, 1200 manat gedirdi Məhərrəm Məmmədovun cibinə. Bu halları aşkarlayanda mənə maneələr törətdilər. Mən gedib “Azərsun”un törəmə şirkətlərindən bu çekləri topladım və müqayisə etdim. Onları sizə də təqdim edirəm, bir çekdəki məbləğ digəriylə üst-üstə düşmür. Mən bu məsələni qaldıranda dedilər “kimə güvənirsən?”, dedim “Allaha və Ali Baş Komandana”. Amma Məhərrəm Məmmədovu bu işdə dəstəkləyənlər oldu. Yükdaşıma Departamentinin müdiri Əşrəf Məmmədəliyev, o vaxtkı nazir müavini Arif Əsgərov, hazırda QSC-də sədr müavini olan Əlirza Süleymanov (akademik Nizami Süleymanovun qardaşı – red.) bu işi ört-bastır etdilər”.
O, şikayətlərinin QSC rəhbərliyi tərəfindən araşdırılmadığını, əksinə özünün “cəzalandırıldığını” qeyd etdi: “Mən Maliyyə Xidmətinin rəisi Elşən Məmmədova ərizə ilə və çeklərin seriyalarını yazaraq, dəlilli-sübutlu müraciət etmişdim. Amma onlar saxta bir “müşavirə” keçiriblər, iddialarımı araşdırmadan belə, yalan olduğu barədə qərar veriblər. Elşən Məmmədov da Ziya Məmmədovun yaxın qohumudur. QSC-nin sədr müavini Əlirza Süleymanov atama dedi ki, “bu işi mətbuata çıxarmasın, onun məsələsini həll edəcəyəm, narahat olmasın”. Amma üç gün sonra əmrim verildi… Korrupsiyanı ifşa etdim deyə, məni “statya” ilə qovdular, karyeramı məhv etdilər”.
 
Y.Nabatəliyevin sözlərinə görə, Məhərrəm Məmmədov uzun müddət Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfovun adından istifadə edib: “Bir vəzifəli adamla dost olanda, hər yerdə ondan danışırdı. Axırda İsa Nəcəfov onu danladı ki, “adımı az hallandır”. Sonra Məhərrəm Məmmədov Ziya Məmmədovun qaynı Şahin Bilalovla dostlaşdı, başladı onun adından istifadə etməyə. Eşitdiyimə görə, o da bundan xəbər tutmuş və Məhərrəm Məmmədovu sərt tənbeh eləmişdi. Məhərrəm Məmmədov həmişə problemlərini pul gücünə həll edir, özü də yaxşı sərvət toplayıb. NZS-də bir evi var ki, top vursan, dağıtmaz…O vaxt mənə deyirdi ki, Ziya Məmmədovla danışmışam, onun kurasiyasında olan rayonlardan birinə icra başçısı gedəcəyəm. Bunu təsdiq edən səs yazısı da var”.
Biz şikayətçinin təqdim etdiyi çeklərə baxdıq, eləcə də səs yazısını dinlədik. Həqiqətən də, məbləğlərdəki fərqi oxucuların özləri də görə bilərlər.
Lakin təəssüflər olsun ki, həmin səs yazısında Məhərrəm Məmmədov tərəfindən bəzi qeyri-etik ifadələr işlədildiyinə görə, hələlik onu yayımlaya bilmirik. Amma aidiyyatı olan qurumlara təqdim edə bilərik. Yaşar Nabatəliyevin dedikləri ilə bağlı qarşı tərəfin münasibətni öyrənmək üçün, Məhərrəm Məmmədovun mobil nömrəsinə zəng etdik.
 
Lakin 2 gün ərzində həmin nömrəyə düşə bilmədik. Eləcə də, Qaradağ Dəmiryolu Stansiyasından zənglərimizə cavab verən olmadı.
Qeyd edək ki,artıq Y.Nabatəliyev Məhərrəm Məmmədov tərəfindən Qaradağ dəmir yol stansiyasında görülən çek saxtakarlığı və korrupsiya faktlarından Baş prokuror Zakir Qaralova şikayət edib.
Deyilənə görə də son vaxtlar Məhərrəm Məmmədov hər yerdə DİN-in nazir müavini İsmət Əliyevin adından istifadə edir. Özü də bu il oğlu yenidən DİO-ya bərpa olunandan sonra onun İsmət Əliyevin adından istifadə etdiyi çox inandırıcı görünür.
Vuqar Akifoğlu
365İNFO.ORG
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024