Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (2-03-2019, 19:57)
BSU-da Beynəlxalq Yunan dili Gününə həsr edilmiş tədbir keçirili

 Martın 1-də Bakı Slavyan Universitetində Beynəlxalq Yunan dili Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos da iştirak edib. Tələbələrlə görüşdən öncə səfiri BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edib. Görüşdə Yunanıstan və Azərbaycan arasında dostluq və əməkdaşlığın mühüm istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Yunanıstan səfirliyinin Bakı Slavyan Universiteti ilə əlaqələrindən danışan rektor Nikolaos Kanellosun dövründə münasibətlərin daha intensiv və səmimi şəkildə davam etdiyini bildirib. N.Əliyeva bunu həm də səfirin özünün şəxsi keyfiyyətləri, onun yaradıcı insan olması ilə əlaqələndirib.
Qeyd edək ki, Yunanıstanın respublikamızdakı səfiri siyasi-diplomatik fəaliyyətlə yanaşı, həm də şair, rəssam müğənni kimi tanınır. 2017-ci ilin dekabrında səfirin Bakıda “Land Mark” biznes mərkəzində, rəsm sərgisi keçirilmiş, bu ilin may ayında isə onun öz vətənində konserti planlaşdırılır. Nikolaos Kanellos öz növbəsində BSU-nun rektoru professor Nurlana Əliyevaya səmimi qəbula görə minnətdarlığını bildirərək universitetdə yunan tarixinə, dilinə, ədəbiyyatına, mədəniyyətinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Səfir universitetin rektoru başda olmaqla, bir qrup mütəxəssisi öz ölkəsinə dəvət edib.
Bundan sonra BSU-nun Yunan dili və mədəniyyəti mərkəzində tələbə və müəllimlərlə görüş keçirilib. Görüşdə səfir Azərbaycanın mədəniyyəti, tarixi, ədəbiyyatı, azərbaycanlıların milli mental dəyərlərə üstünlük verməsi və s. məsələlərlə bağlı təəssüratlarını gənclərlə bölüşüb. O, Azəbaycanda ilk öyrəndiyi sözlərin sevgi, sülh, günəş olduğunu bildirib. Nikolaos Kallonas yunan dilinin tarixi barədə qısa məlumat verib və bu dilin dünyanın ən qədim dillərindən olduğunu, fransız, alman, ingilis dillərində kifayət qədər yunan sözlərinin olduğunu qeyd edib. O, BSU-nun yunanşünaslıq qrupunun tələbələrinin hazırlığından razılığını ifadə edib.
Sonra yunan dili müəllimi Səidə Mehdiyeva yunan oratorluq sənəti barədə çıxış edib.
Yunanıstandan gəlmiş müəllim Mariya Delaki çıxış edərək Yunanıstan-Azərbaycan münasibətlərindən və mədəniyyət sahəsində ölkələrimiz arasındakı əlaqələrdən danışıb.
Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə yunan dili ixtisası üzrə təhsil alan I kurs tələbələrindən Mətanət Cəfərova, Nərmin Quliyeva, II kurs tələbələrindən Vüsalə Quliyeva, Əziz Əsgərov, Əfşan Ayaz, Şükufə Abdullayeva, Aytac Həsənli,
III kurs tələbələrindən Səadət Seyidova, Səbinə Qarayeva, Nuranə Qocayeva, Fərhad Hacıyev, Cavid Ağalı yunan klassiklərindən nümunələr səsləndiriblər.
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024