Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (16-09-2021, 11:56)
Oğuzun “çörək verəni”: Etibar Yusifovu kim qoruyur?

 Oğuz rayonunda Şəhidlər Xiyabanından şəhidlərin məzarı üzərindən əklil və bayraqları götüzdürərək tullatdırdığı iddia edilən şəxs – rayonun icra başçısının müavini Etibar Yusifov barədə bəzi faktlar üzə çıxıb.

Axar.az-a daxil olan məlumata əsasən, rayonu ailə biznesinə çevirdiyi deyilən Yusifov əsas rəhbər vəzifələrə qohumlarını yerləşdiribmiş.

İddialara əsasən, Yusifov həyat yoldaşı vəfat etdikdən sonra öz baldızı ilə ailə həyatı qurub və bundan sonra digər baldızlarını məktəb, xəstəxana və digər əhəmiyyətli qurumlarda rəhbər vəzifələrə gətirib.

Başçı müavininin Şəhidlər Xiyabanı ilə bağlı olayda adı çəkildikdən sonra həmin rəhbər vəzifə tutmuş qohumları sosial şəbəkə üzərindən və işlədikləri yerlərdə “hücum”a keçiblər. Belə ki, onlar işçilərinə məlum videonu yayarlarsa, işdən çıxarılacaqlarını bildiriblər.

Həmin şəxslərdən biri də Yusifovun baldızı Təranə Əsədovadır. T.Əsədova fizika müəllimidir. Oğuz rayonu Emin Abdullayev adına 2 saylı tam orta məktəbin direktor müavini vəzifəsində çalışır. Məktəbdə dəfələrlə bu barədə işçilərə “unutmayın ki, Etibar Yusifovun çörəyini yeyirsiniz” deyə “məsləhət”lər verib.

Könül Şərifova adlı digər baldızı isə rayon xəstəxanasında xəstə baxıcılarının böyüyü olaraq çalışır. Məlum video yayıldıqdan sonra şəhid ailələrinin müdafiəsinə qalxan bir işçi ilə həmin baldız arasında qarşıdurma da yaşanıb. K.Şərifova onu işdən çıxartdırmaqla hədələyib.

Şəhidlər Xiyabanından əklil və bayrağımızın zibilliyə tullanması olayı ilə bağlı isə rayon İcra Hakimiyyəti isə artıq günlərdir “araşdırma aparıldığını” deyir.

Baş Prokurorluqdan isə bildirilib ki, məsələ ilə əlaqədar rayon prokurorluğuna heç bir şikayət daxil olmayıb.

Şəhid ailələrinin rayonda keçirdikləri aksiya da öz nəticəsini verməyib və icra başçısı tərəfindən şəhid ailələrinə verilən bütün vədlər özünü doğrultmayıb.

Xatırladaq ki, Oğuz rayon icra başçısının müavini Etibar Yusifov şəhidimizə, eləcə də bayrağımıza qarşı hörmətsizlik edib. O, şəhid məzarları üzərindən təzə əklilləri və dövlət bayrağını götüzdürüb və zibillik əraziyə tullatdırıb. Hadisə şəhidin atası tərəfindən videoya çəkilərək, yayılıb.
шаблоны для dle 11.2

Xəbər lenti
16 10 2021 12:46
16 10 2021 12:12
16 10 2021 11:51
16 10 2021 11:29
16 10 2021 11:18
16 10 2021 11:04
16 10 2021 10:55
16 10 2021 10:42
16 10 2021 10:33
16 10 2021 10:24
16 10 2021 10:13
16 10 2021 10:01
16 10 2021 09:50
16 10 2021 09:30
16 10 2021 09:20
16 10 2021 09:12
15 10 2021 23:18
15 10 2021 22:12
15 10 2021 21:40
15 10 2021 21:12
15 10 2021 20:26
15 10 2021 20:03
15 10 2021 19:32
15 10 2021 19:01
15 10 2021 18:41
15 10 2021 18:16
15 10 2021 18:00
15 10 2021 17:43
15 10 2021 17:30
15 10 2021 17:15